İlk növbədə qeyd edək ki, Viktor Orban Avropada ən uzun müddət ərzində hökumət başçısı olan adamdır-16 il.
12 apreldə Macarıstanda parlament seçkiləri keçiriləcək, son 16 ildə hakimiyyətdə olan Fidesz partiyası və onun lideri Viktor Orban heç zaman məğlubiyyətə bu qədər yaxın olmayıb.
Macarıstanın dünyada analoqu olmayan unikal seçki sistemi var. Bu sistem xüsusi olaraq elə qurulub ki, qanun çərçivəsində Viktor Orbanın partiyası(Fidesz) əlavə üstünlük əldə etsin.
Parlamentin cəmi 199 deputatı var, 106 deputat majoritar, 93-ü isə proporsional sistemlə seçilir. Majoritar sistemlə keçirilən seçkilər də bir turlu keçirilir.
Macarıstanın majoritar sisteminin spesifik xüsusiyyəti seçki dairələrinin bölünməsidir. Misal üçün kiçik əyalətdən də 1 deputat seçilir, böyük şəhərdən də 1 deputat. Əyalət və kənd dairələrində böyük şəhərlərlə müqayisədə daha az seçici yaşayır, bu isə faktiki olaraq o deməkdir ki, əyalətdə namizəd olan şəxs deputat mandatı qazanmaq üçün şəhərdə namizəd olan şəxsdən daha az səs toplamalıdır. Başqa sözlə, bu sistemdə bir əyalət seçicisinin səsi paytaxt sakininin səsindən daha əhəmiyyətlidir.
Qalan 93 deputat mandatı isə 5 faizlik seçki baryerini keçən partiyalar arasında bölüşdürülür.
Sonra
Gördüyümüz kimi Tramp və onun komandası Orbanın seçki kampaniyasına qoşulub, amma əks-effekt yaşanır və Orbanın reytinqi enməkdə davam edir.
Və ümumiyyətlə Orbanın dəstəkçilərinin siyahısı çox “möhtəşəmdir”: Tramp, Netanyahu, Putin.
Müxalif qüvvələrin gördüyü işlər isə əksinə, lazımlı effekt verir: son günlər ərzində Orbanın və onun xarici işlər nazirinin Rusiya ilə təmasları barədə kompromatlar yayıldı, macar cəmiyyəti son dərəcədə narazıdır.
Bütün sorğular və reytinqlər onu göstərir ki, Orban sabah uduzacaq, misal üçün polymarket Orbanın məğlubiyyətinə 72% ehtimal verir.
Sabah Avropa üçün çox önəmli gün olacaq.
