DünyaGündəmMuharibəSiyasət

Trampın “qələbə” nağılı və İranın 4 sözlük cavabı

İndi Tramp İran müharibəsindəki məğlubiyyətini qələbə kimi təqdim etmək üçün yalan “sənətində” şedevrlər yaradırlar. İran onun bu hoqqabazlığına təmkinlə baxır, onsuz da artıq ona özündən başqa heç kim inanmır.

ABŞ təbliğatına İranın reaksiyası üzrə bir nümunəyə baxaq.

27 martda İran “Şəhzadə Sultan” aviabazasına zərbə endirdi. Zərbənin nəticəsi ilə bağlı “The Wall Street Journal” Pentaqona istinadla yazdı:

“İranın Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” aviabazasına raket zərbəsi nəticəsində döyüş səhnəsini idarə etməkdə və yüzlərlə mil uzaqlıqdan dronları, raketləri və təyyarələri izləməkdə vacib olan Amerikanın E-3 Sentry hava xəbərdarlıq və idarəetmə təyyarəsi zədələnib.”

İran bir neçə gün gözlədi, yeni fotolar çıxandan sonra İran parlamentinin sədri M.B.Qalibaf tamamilə məhv edilmiş E-3 təyyarəsinin fotolarından birini paylaşaraq cəmi 4 söz yazdı:

“Yalnız kiçik ziyan dəyib”

Yəni ABŞ-ın “zədələnib” dediyi texnikanın vəziyyəti fotodakı kimi olur.

Yeri gəlmişkən, İslamabadda ABŞ-İran danışıqlarında İran heyətinə Qalibaf başçılıq edir.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Bu iki generalın qisası da Süleymani kimi olacaq?

redaktor

Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ – Cəbhədə SON VƏZİYYƏT

redaktor

Sara Netanyahudan İranla bağlı diqqət çəkən paylaşım – FOTO

redaktor