12 C
Bakı
10 Aprel 2026 10:28
CəmiyyətŞikayət

Tender fırıldağı – nə az, ə çox tenderin 25 faizini “geri” tələb edirlər

Naxçıvanda tender korrupsiyasının arxasında səlahiyyətli nümayəndənin dayandığı bildirilir. Yerli sahibkarların sözlərinə görə, qazandıqları dövlət sifarişlərini icra etmək üçün onlardan əvvəlcədən yüksək məbləğdə pul tələb olunur.

Bu vəziyyət sahibkarları çıxılmaz duruma salmaqla yanaşı, görülən işlərin keyfiyyəti və şəffaflığını da sual altına qoyur.

Təhlükəsizlik səbəbindən adının çəkilməsini istəməyən sahibkarlardan biri deyir ki, qazandığı tenderi icra etmək üçün ondan ümumi məbləğin 25 faizi tələb olunub:

“Mən Naxçıvanda orta səviyyəli sahibkaram. Bu yaxınlarda tender qazanmışam. Lakin rüşvət tələb olunduğu üçün onu həyata keçirə bilmirəm. Çünki bu işlərin icrasına Ceyhun Cəlilovun yaxınları nəzarət edir. Onun sinif yoldaşı və sağ əli olan Xəyal Talıbov qazandığım tenderi icra etməyim üçün ümumi məbləğin 25 faizini istəyir. Dediyinə görə, bu pul nümayəndəyə çatdıracaq. Mənim qazancım da elə onların istədiyi faiz qədərdir. Onu versəm, mənə nə qalacaq?

Naxçıvanda sahibkarlar çox sıxışdırılır. Çox xahiş edirəm, hüquq-mühafizə orqanları bu tender məsələlərini nəzarətdə saxlasınlar. Firmamda 16 işçi var idi, ümumi vəziyyətə görə 4 işçini ixtisar etmişəm. Vəziyyət gündən-günə pisləşir. Hamı Bakıya axın edir.”

Eyni problemlə üzləşən digər sahibkar isə inanır ki, Bakıya şikayət edəcəyi təqdirdə məsələ həllini tapa bilər:

“Dölvət baçşısı regionlarda işsizliklə bağlı bu qədər tapşırıq verir, amma nəticə yoxdur. Onun Naxçıvandakı korrupsioner nüyaməndəsi buna imkan vermir. İş görülməmiş bu qədər pul verilsə, o işin keyfiyyəti necə olacaq? Dedik, Fuad Nəcəfli getdi, vəziyyət düzələcək, amma heç nə düzəlmir. Bu gedişlə firmanı bağlayıb işçilərlə birlikdə Bakıya gedib şikayət edəcəyəm. İşi görürsən, ödənişi ala bilmirsən. Görməmişdən əvvəl bu qədər pul istəyirlər. Çox ciddi tender fırıldaqları gedir.

Bu fırıldaqlara EƏSMN-nin qazilər və şəhid ailələrinin evlərinin təmiri üçün keçirdiyi tenderlər, icra hakimiyyətinin parklarla bağlı keçirdiyi tenderlər, Təhsil Nazirliyinin təchizat üzrə tenderləri, Rabitə Nazirliyinin keçirdiyi təchizat tenderləri və s. aiddir.“ (Gündəlik Naxçıvan)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Dünyanın nüfuzlu universitetlərinə qəbul olan azərbaycanlı təhsilini yarımçıq qoydu – Səbəb

redaktor

Bu gün “Zirə” “Kəpəz”ə, “Neftçi” “Sumqayıt”a qarşı

admin

Tanınmış psixoloq: “Mənə hədə-qorxu gəliblər ki, polis şöbəsində üzr istəyəcəksən, həbs olunacaqsan…”

redaktor