13 C
Bakı
10 Aprel 2026 23:06
DünyaSiyasət

Macarıstanda seçki qarşıdurması: Orban qalacaq, yoxsa dəyişiklik gəlir?

Macarıstanda bazar günü parlament seçkiləri keçiriləcək. Avropa İttifaqından tutmuş Rusiya və ABŞ-a qədər müxtəlif dövlətlərin diqqəti Macarıstandakı seçkilərdədir.

Ağ Ev və Kreml Macarıstanın baş naziri Viktor Oranın qələbə qazanmasını istəyir. Orban həm ABŞ Prezidenti Donald Trampın, həm də Rusiya Prezidenti Vladimir Putinin dostudur. Brüssel və Kiyev isə Orbanın məğlubiyyətini istəyir. Çünki, Orban Brüsselin Ukraynaya maliyyə və hərbi dəstəyinin əleyhinədir, veto hüququndan istifadə edərək Avropa İttifaqının Kiyevlə bağlı qətnamələrin qəbuluna mane olur.

Viktor Orban 2010-cu ildən bəri Macarıstanın baş naziridir. Orbanın əsas rəqibi müxalif Tisa Partiyasının lideri Peter Madyardır. Sorğular müxalifət liderinin öndə olduğunu göstərir. Madyar qələbə qazanacağı halda Budapeştin Avropa İttifaqı ilə münasibətləri normallaşdıracağını vəd edib. Bu o deməkdir ki, Madyar Orbandan fərqli olaraq Brüsselin Ukraynaya maliyyə dəstəyini əks etdirən qətnamələrin qəbuluna mane olmayacaq. Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir.

Orbanın başda Türkiyə olmaqla Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderləri ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Orbanın dövründə iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə keçib.

Madyarın türk dövlətləri ilə əməkdaşlıq barədə mövqeyi bəlli deyil. Buna baxmayaraq, Peter Madyar qələbə qazanarsa, onun ölkəsinin Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcəyini proqnozlaşdırmaq olar. Çünki, bu birinci növbədə Macarıstanın maraqlarına cavab verir.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Putinin Bakıda ziyarət etdiyi kilsə haqda mühüm fakt

redaktor

Ekstrasensdən dəhşətli proqnoz: Yeni müharibə burada olacaq

redaktor

Qurban Qurbanov: “Futbolçulara dedim ki, bu oyundan həzz almalıyıq”

redaktor