12 C
Bakı
10 Aprel 2026 14:11
ŞikayətTexnologiya

İRİA-nın rəqəmsal suverenlik üçün ciddi risklər yaradan bu tip addımları haradan qaynaqlanır?

Ermənistanda və Özbəkistanda dəyər yaradan EPAM, Azərbaycanda dövlət sifarişinin üzərində “oturacaq”

Belə bir məsəl var: Az idi ac adam, biri də düşdü bacadan.

Ötən gün DVX faydalı bir məlumat paylaşıb. Ən çox vergi ödəyən 100 qurumun siyahısı açıqlanıb.

Siyahıdakı İT şirkətlərin xüsusi çəkisinin hədsiz az olması, hətta ötən illə müqayisədə bu sayın yenidən azalması ilə bağlı dünən paylaşım etmişdim.

Dövlət sifarişlərinin çox olmasına baxmayaraq, bizdə İT şirkətlərin yüzlüyə daxil ola bilməməsi xeyli düşündürücüdür.

Digər bir maraqlı məqam da diqqətimi cəlb edib.

Ermənistanda EPAM 100 ən böyük vergi ödəyicilərindən biridir. Şirkət qlobal layihələr icra edir, ixrac yönümlü fəaliyyət göstərir və ölkəyə real dəyər yaradır.

Ermənistan və Özbəkistanın EPAM ofislərində minlərlə mütəxəssis çalışır.

Azərbaycanda isə İRİA bu şirkətə dövlətə məxsus, strateji və kritik resurs olan myGov platformasının biznes yönümünün qurulması və dəstəklənməsini tapşırıb.

Ağlasığmaz olsa da, bu belədir.

Yəni strateji dövlət məhsulunun biznes məntiqi və arxitekturası faktiki olaraq xarici vendorun iştirakı ilə formalaşdırılır və dəstəklənir.

Əlbəttə, zamanında EPAM-ın Azərbaycana dəvət edilməsinə şərait yaratmaqla bağlı mübarizə aparanlardan biri biz olmuşduq. Onların ölkəyə gəlişi, innovasiyaların genişlənməsi, ixracın artması , qlobal bazarlara çıxış və mütəxəssis hazırlığı baxımından ciddi əhəmiyyət kəsb edir.

Amma ağlıma gəlməzdi ki, o da dövlət sifarişlərinin üzərində “oturacaq” və hətta strateji dataya da yaxın olacaq.

Həm də paradoksal vəziyyətdir.

Ermənistanda EPAM ölkəyə vergi gətirən ixracyönümlü texnologiya şirkətidir.

Azərbaycanda isə dövlət sifarişi üzərində “oturan” vendor rolundadır.

İRİA-nın rəqəmsal suverenlik üçün ciddi risklər yaradan bu tip addımları haradan qaynaqlanır, doğrusu, anlamaq çətindir.

Düzü, mənə məlum deyil ki, kritik infrastruktura cavab verən XRİTDX, DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzi və xarici iqtisadi fəaliyyətləri təşviq edən qurumlar bundan xəbərdardırmı.

Ümid edirəm baş verənlərin fərqindədirlər.

Osman Gündüz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Azercell-in “1 manat – 1 gün” prinsipi dəyişməyib, qüvvədədir – Sadəcə ağlasığmazdır.

admin

Xaçmazda 100-ə yaxın ağac kəsildi – VİDEO

admin

Bakıda gecəyarısı söküntü qalmaqalı: Evindən döyülərək çıxarılan qadın DANIŞDI -VİDEO

admin