Özünü bu cür iddialarla gündəmə gətirən də məhz “bizim” deputat — Müşfiq Məmmədlidir…
Axı bu şəxs deputat olmazdan əvvəl, 2016-cı ildən etibarən Sumqayıt Şəhər Uşaq Xəstəxanasının baş həkimi kimi fəaliyyət göstərib. İxtisasca pediatr olsa da, rəhbərlik etdiyi dövrdə tibb müəssisəsində korrupsiya ilə bağlı kifayət qədər ciddi iddialar səsləndirilirdi…
Maraqlıdır ki, səhiyyə sahəsinə dair jurnalist Elçin müəllimin ən elementar suallarına belə aydın cavab verə bilməyən Müşfiq müəllim birdən-birə necə oldu ki, səssizliyini pozmağa qərar verdi?!
Ən acınacaqlısı isə odur ki, dövlətə zərər vuran şəxslərin cəmi kiçik bir hissəsi məsuliyyətə cəlb olunur və bəzən oğurladıqları vəsaitin bir qismini geri qaytarmağa məcbur edilirlər. Qalan böyük əksəriyyət — demək olar ki, 95%-i isə heç bir cəza görmədən, rahat şəkildə Milli Məclisdə və digər dövlət qurumlarında fəaliyyətlərini davam etdirirlər…
