13 C
Bakı
10 Aprel 2026 23:58
CəmiyyətQalmaqal

Bakı Şəhər İcra Hakimiyyəti ictimaiyyəti niyə aldadır?

Bakı şəhər İcra Hakimiyyəti ötən ilin oktyabrında bildirib ki, “Sovetski” – “Bayırşəhər” ərazisində gedən söküntü işləri zamanı tarixi binalar yox, yalnız qəzalı vəziyyətdə olan tikililər sökülüb.

“Fakt Yoxla” açıqlamanın doğru olub-olmadığını yoxlayıb.
“Bayırşəhər” kimi tanınan ərazidə Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə 70-dən çox tarix və mədəniyyət abidəsinin olduğu müəyyənləşib. Bu bölgə Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən Mərkəzi Planlaşdırma Rayonunun tərkibində Xüsusi Mühafizə Zonası kimi təsnif olunub. Bu cəhətdən Bakı şəhər İcra Hakimiyyətinin xüsusi zonada söküntü aparması və binaların mümkün bərpa prosesinə cəlb olunmadan dağıdılması qanunvericiliklə ziddiyyət təşkil edir.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun “Abidələrin toxunulmazlığı” maddəsində abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılmasının qadağan olduğu qeyd olunub. Qanunun 27-ci maddəsinə görə isə abadlıq işləri zamanı “qoruğun və qoruq zonasının sərhədi, abidələrin konfiqurasiyası dəyişdirilməməli, ənənəvi küçə şəbəkələri isə olduğu kimi saxlanılmalıdır” deyə göstərilib. Lakin Bayırşəhər ərazisində müxtəlif tarixi küçələrdə söküntü işləri aparılıb, habelə reyestr altındakı abidələrin ətrafında inşaat işləri görülüb.
İndiyədək mühafizə zonasına daxil olan Murtuza Muxtarov, Mirzə Fətəli Axundov, Zərgərpalan, Nabat Aşurbəyova, Molla Vəli Vidadi, Çingiz Mustafayev və Lev Tolstoy küçələrində söküntü işləri görülüb, habelə Əlövsət Quliyev küçəsi 36 ünvanı dağıntılara məruz qalıb. Bu proses tarixi abidələrin sökülməsini və ənənəvi küçə şəbəkələrinə birbaşa zərər yetirilməsini ehtiva edir. Eləcə də, söküntü işlərinin tarixi abidələrin qiymətləndirilməsində məsul olan AMEA-nın yekun rəyi olmadan başlaması tarixi abidələrin mühafizəsinə xələl gətirib.

“Fakt Yoxla”nın qənaətincə, Bakı Şəhər İcra Hakimiyyətinin yalnız qəzalı tikililərin söküldüyü ilə bağlı açıqlaması yanlışdır.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bakı aeroportu itirilmiş əşyaları satışa çıxarıb?

redaktor

BİZƏ NƏ OLUB?

redaktor

10 illik həbsdə 200 biznes kitabı oxudu, azadlığa çıxanda “muştuluq pulları” ilə biznes qurdu – maraqlı MÜSAHİBƏ

admin