“Çelsi” “Real Madrid”in futbolçusu Vinisius Junioru transfer etmək istəyir.
İngiltərə nəhəngi futbolçu üçün böyük müqavilə irəli sürüb. “Fichajes” qəzetində yer alan xəbərə görə, “Çelsi” ulduz oyunçu üçün həftədə 500000 funt sterlinqdən çox maaş ödəməyə hazırdır. Bildirilir ki, transfer reallaşarsa, bu London klubu tərəfindən indiyə qədər ödənilən ən yüksək maaş olacaq. “Çelsi”nin futbolçu üçün nə qədər transfer məbləği irəli sürdüyü açıqlanmayıb.
Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ildə yekunlaşır. Bundan əvvəl, tərəflərin yeni müqavilə üçün maliyyə məsələlərində razılığa gələ bilmədiyi barədə xəbərlər dərc edilmişdi. (Metbuat.az)
