Zelenski amerikalılara sərt xəbərdarlıq etdi: “Təkbaşına özünüzü müdafiə edə bilməzsiniz.”
“Amerikalıların başa düşməsini istəyirəm: biz Avropada sizin müttəfiqlərinizik.
Dünyada artıq məsafələr yoxdur – dronlar artıq minlərlə kilometr məsafədən zərbə endirə bilir.
Bir, iki, üç il ərzində dronlar on, iyirmi min kilometr məsafədən zərbə endirə biləcəklər. Reaktiv mühərriklərlə onlar çox uzaqlara uçacaq. Belə dronların bütöv bir dəstəsi peyda olacaq.
Təkbaşına özünüzü müdafiə edə bilməzsiniz. Dünya ölkələri özlərini müdafiə etmələrinə və təcavüzkarı dəf etmələrinə kömək etməlidir.
