DünyaMuharibəSiyasət

Trampın qələbə anlayışı

Prezident Donald Trampın İrana qarşı müharibədə iki həftəlik atəşkəs elan etməsi fərqli rəylər doğurub. Bunun bir əsas səbəbi var. Məsələ ondan ibarətdir ki, Trampın qələbə anlayışı böyük əksəriyyətin qələbə anlayışından kəskin fərqlənir.

Dünya görüşü Sovet İttifaqının Hitler Almaniyası üzərində qələbəsinə həsr olunmuş ədəbi əsərlərin təsiri ilə formalaşmış insanların təsəvvürünə görə, müharibədə qələbə “Reyxstaq”ın üzərində zəfər bayrağının sançılmasından və “general Yodl”un kapitulyasiya aktını imzalamasından ibarətdir.
Azərbaycan ədəbiyyatının şah əsəri “Əli və Nino” romanındakı qoçunun təsəvvürünə görə, dövlət başçısı əlində qılınc ordunu döyüşə aparmalı idi: “Adam gərək müharibəni özü aparsın, başqasının ümidinə qoymasın. Yoxsa, müharibənin sonu heç də xeyirli olmaz.”
Qoçunun dünya görüşünün formalaşdığı illər Dehlinin fatehi Nadir şah Əfşarın qəhrəmanlıqları haqqında xatirələrin təzə olduğu bir dövr idi.

Prezident Donald Trampın dünya görüşü daşınmaz əmlak ticarətində formalaşıb. Bu dünya görüşündə opanentin, rəqibin və hətta düşmənin kapitulyasiyası anlayışı yoxdur. Bu dünya görüşü “sövdələşmə mədəniyyəti” üzərində qurulub. Buna görə də “sövdələşmə” Trampın ən çox sevdiyi sözdür. Trampın sövdələşmə anlayışına görə qalib hər şeyə sahib olmamalı, məğluba da nəsə çatmalıdır. Çünki, əks halda bir daha səninlə iş götməz, sövdələşmə aparmaz. Trampın Rusiya ilə sövdələşmədə Moskvanın maraqlarını nəzərə almağa cəhd etməsi, İranın istəklərinin bəzilərinin qarşılanmasının mümkünlüyündən danışması da bununla bağlıdır. Ən maraqlısı isə odur ki, “sövdələşmə mədəniyyəti” çağdaş müharibələrin nəticələrinə təsir etməyə başlayır və “qalib hər şeyə sahib olmalıdır” anlayışının son ifadəsi olan “Potsdam ruhu”nu əvəz etməyə başlayır.

İkinci Dünya Müharibəsinin sonlarına yaxın, 19 mart 1945-ci ildə Türkiyə ilə dotluq haqqında müqaviləni ləğv edən Stalin Bosfor və Dardanel boğazlarına nəzarətin Sovet İttifaqına verilməsini tələb etməyə başladı. Stalin faşizmə yarınmaqda ittiham etdiyi dövlətin (Türkiyə) faşizm üzərində qalib dövlətə (Sovet İttifaqı) Bosfor boğazından keçidlə bağlı şərt qoya bilməcəyində təkid edirdi. Stalin «qalib hər şeyə sahib olmalıdır» məntiqinə əsaslanırdı. Franklin Ruzvelit və Uinston Çörçillin müqaviməti, xüsusilə də Ruzveltin ölümündən sonra ABŞ-ın prezidenti olan Harri Trumenin sərt etirazı Stalinin arzularının gerçəkləşməsinə imkan vermədi.
İkinci Dünya Müharibəsindən sonra dünya düzənin müəyyən edən “Potsdam ruhu” bu günə qədər qüvvədə qalsaydı Zəngəzur dəhlizi yalnız ABŞ-la şərikli olmalı idi. Ancaq “Potsdam ruhu” ölməyə başladığı, “sövdələşmə mədəniyyəti” önə çıxdığı üçün Ermənistan üçüncü şərik oldu.
Tramp növbəti uğurlu sövdələşmə həyata keçirəcəyinin sevincini yaşayır. İran da öz növbəsində “qələbə”sini bayram edir. Ancaq əksəriyyətin və xüsusilə molların unutduğu bir məqam var: Trampın sövdələşmə anlayışı Vaşinqtona tam hakim deyil.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Ermənistan Rusiya üçün qardaşdan da artıqdır” – Peskov

redaktor

ABŞ Ukraynaya əlavə 400 milyon dollar hərbi yardım edəcək

redaktor

“Türkcəni gah öyrənirsən, gah unudursan…” – Ərdoğan Kosovo prezidentinə

redaktor