24 C
Bakı
16 Oktyabr 2026 13:35
DünyaMuharibə

Trampdan sərt mesaj: ABŞ qüvvələri İran sərhədlərində qalacaq

Bu gün ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hərbi qüvvələri və texnikası razılaşmanın bütün şərtləri tam yerinə yetirilənə qədər İran sərhədlərində qalacaq.

Tramp bununla bağlı, “Truth Social” platformasında paylaşım edib. O, qeyd edib ki, ABŞ-nin gəmiləri, təyyarələri və hərbi personalı əlavə silah-sursatla birlikdə bölgədə mövqelərini qoruyacaq.

ABŞ prezidenti əlavə olaraq, Vaşinqton və Tehranın İranın nüvə proqramı və Hörmüz boğazının açıq saxlanılması ilə bağlı razılığa gəldiyini də açıqlayıb.

Tramp, habelə, xəbərdarlıq edib ki, atəşkəs razılaşması yerinə yetirilməzsə, ABŞ qüvvələri İrana yenidən hava zərbələri endirəcək.

 

İlham Qadir

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor

Türkiyənin Hakan Fidan ayıbı

redaktor

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor