Yunanıstanın Krit adasında təmirə dayanan Ford aviadaşıyıcısında təmir işləri başa çatıb, gəmi İran sahillərinə doğru irəliləyir. Bundan əlavə, ABŞ-dan regiona daha bir aviadaşıyıcı hərəkətlənib, o 2 həftədən sonra bölgədə olacaq.
Tərəflər bir-birinə çox şərt irəli sürür, İranın şərtlərini təbii ki, heç kim ciddiyə almır. ABŞ/İsrailin isə gah 10, gah 15 gah da 20 şərtdən ibarət tələbi açıqlanır. Bütün bu şərtlərin fövqündə 2 şərt durub.
İran əlindəki uranı təhvil verir, bir də ölkənin
AES-lərinə daima nəzarət edəcək Qərbdən olan mütəxəsislərin İranda daima, fasiləsiz müşahidə aparmağa imkan yaradır.
Əsas bu iki şərtdir, İran buna razılaşsa müharibə də bitəcək, İrana qarşı olan sanksiyalar da aradan qalxacaq.
Bütün bunlardan sonra İran Oman, Qətər, Yaponiya kimi dövlətə çevriləcək. ABŞ/İsrail İrana bunu təklif edir. Molla, qılınc müsəlman da deyir ki, biz Oman, Yaponiya kimi olmaq istəyirik, amma sülhlə yox, başımıza atom bombası at ondan sonra adam olaq.
