DünyaSiyasət

“Putinlə görüşməyə hazıram” – Zelenski

“Mən Putinlə görüşməyə hazıram. Əlbəttə ki, Moskvada və ya Kiyevdə yox. Amma əgər o, mənimlə görüşməyə hazırdırsa, bunun üçün bir çox yer var. Yaxın Şərqdə, Avropada, ABŞ-də  istənilən yerdə bir seçim tapa bilərik”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski yerli KİV-ə açıqlamasında bildirib.

Zelenski daha sonra Donbas məsələsindən danışıb:”Donbasın verilməsini sadəcə müzakirə edə bilmərik. Donbası ruslara buraxsaq, onlar heç bir itki vermədən ən müdafiə edilə bilən mövqelərimizi tutacaqlar. Yeni istehkamların tikilməsi bir il və ya bir il yarım çəkə bilər. Onlar Xarkova və ÜDM-ə əhəmiyyətli dərəcədə töhfə verən digər şəhərlərə hücum edə biləcəklər. Bu, cəmiyyətdə parçalanmaya səbəb olacaq. Və istənilən bölünmə Putinin əsas məqsədi və müstəqilliyimizin ölümüdür”.

Təhlükəsizlik zəmanətlərinə gəldikdə, Zelenski bir neçə ildən sonra Rusiyanın təkrar hücumunun mümkünlüyündən narahatlığını bildirib.  Bu baxımdan, o, gələcək razılaşmalarda Avropa və ABŞ-ın hərbi və siyasi varlığının təmin edilməsinin vacib olduğunu vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Mask Çin hökumətinin nəzarət etdiyi banklardan 1.4 milyard kredit götürüb.

admin

Üçüncü dünya müharibəsi başlayıb, Qərb buna inanmaq istəmir – İDDİA

redaktor

MN Xankəndiyə hücum xəbərini təkzib etdi

redaktor