DünyaMuharibəSiyasət

Buraxma, başıpozuq bir rejimlə nə danışıq, razılaşma, atəşkəs?

ABŞ və İran arasında iki həftəlik atəşkəsdən bir gün keçməmiş, razılaşma pozulmaqla, Hörmüz boğazı bağlı qalır. Atəşkəs xəbərlərindən sonra düşən neft qiymətləri yenidən yüksəlir. Bundan əlavə, İran Səudiyyə Ərəbistanında və Küveytin enerji infrastrukturuna təxribatlı zərbə endirib.

Əgər İran vacib Boğazı terror etməməyə razılıq verməkdən imtina edəcəksə Vaşinqtonun tələb etdiyi, zənginləşdirilmiş urandan necə imtinanı ondan necə gözləmək olar? Və molla rejiminin nağıllı vədlərinə necə inanıb etibar etmək olar?

Bunlar, emosiyadan doğan ritorik suallar deyil. İran SEPAH rejiminin imzalanmış və pozulmuş müqavilələrinin uzun tarixi vardır. İran rejiminin sözləri və hərəkətləri fərqləri uzun müddətdir ki, müxtəlif səviyyələrdə və ölçülərdə mövcuddur.

Buradan da, İranın nümayəndələri İslamabadda keçiriləcək danışıqlarda razılaşma imzalasalar belə, ölkə daxilindəki daha radikal qrupların ona əməl edəcəyinə kim zəmanət verə bilər? Ölkəni kim idarə edir, məsələ budur? Fəaliyyət imkanı və qabiliyyətini itirmiş kiçik Xameneimi? Yoxsa rəsmi dövlətçilik prinsipinə, diplomatiyaya tabe olmayan buraxma SEPAH banda generallarımı?

İran rejimi sürüşkənləri iki həftəlik atəşkəsdən yenidən sökülüb çökmüş nizamını bərpa üçün istifadə edə bilər. Çox güman ki, Tramp, onun komandası, kəşfiyyatı bunları çox yaxşı görür və anlayır ki, başıpozuq rejimlə, nə razılaşma?

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF – “Putin İrana zərbələrə şəxsən razılıq verib”

redaktor

Selçuk Bayraktar dünyanın ən zəngin insanları siyahısına düşdü

redaktor

“Azərbaycanla sülh sazişinin imzalanması üçün əlimdən gələni edəcəyəm” – Paşinyan

redaktor