İranın “10 maddəlik planı” tamamilə Trump tərəfindən rədd edilib,sanksiyalar qüvvədə qalır.Hörmüz boğazı ABŞ-ın nəzarətində olmalıdır.
Nüvə zənginləşməsi olmayacaq.Uranium ABŞ-a təhvil veriləcək.İranlılar, indi çalın oynayın,siz qalibsiniz.Razılaşmasanız daha da ağır vurulacaqsınız.Bizim ikinci eşalon siysətçi trollarımız da tələskənlik edib açığa çıxmasınlar.Necə ki, köstəbəkilik edirdilərsə davam etsinlər.
Danışıqlar var, nəticə yoxdur. Atəşkəs kövrəkdir
İran-ABŞ arasında aparılan danışıqlar fonunda çox ziddiyətli vəziyyət yaranıb.Tərəflərin atəşkəs haqqında razılıq əldə edildiyinin bəyanından dərhal sonra Tehran rejimi xalqı zorla meydanlara toplayıb “qələbə” şənliyi keçirməyə başladı.İran aksiyada “qələbə” ab-havası yaratmqla diplomatik dalana dirəndiyini və vəziyyəti zəfər yalanı ilə ilə ört-basdır etməyə cəhd edir. Adətən belə görüntülər real nəticə əldə edildikdən sonra nümayiş etdirilir..Bu cür davranış diplomatik uğurdan daha çox daxili siyasi zəifliyin göstəricisi hesab olunur.İran rəhbərliyinin son bəyanatları da ziddiyyətlidir.
Diplomatik kanallarda yumşaq ton, kompromisə meyl müşahidə olunduğu halda, daxili mediada “ABŞ geri çəkildi”, “İran qalib gəldi” kimi iddialar irəli sürülür.Bu ikili ritorika İranın danışıqlarda hər güzəştə razı olacağı qənaətini verir.Lakin İran üçün ən önəmli bir şərt var, o da rejimin hakimiyyətdə qalmasıdır.
Hazırkı vəziyyətdə atəşkəsin sabit olmadığı açıq görünür. Hörmüz boğazında gərginlik davam edir, hərbi gəmilərin hərəkəti artır, qarşılıqlı ittihamlar səngimir. Bu isə göstərir ki,danışıqlar nizama düşməyib, hərbi gərginlik azalmayıb və region hələ də təhlükəli mərhələdədir
Bugünkü reallıq göstərir ki,danışıqlar var, lakin nəticə yoxdur Atəşkəs kövrək və qeyri-sabitdir İran tələsik sevinc nümayiş etdirir, amma ictimaiyyətə təqdim olunan “qələbə” reallığı əks etdirmir Bütün bunlar İranın diplomatik dalana dirəndiyini və daxili auditoriya üçün siyasi teatr qurduğunu göstərir. Reallıq isə fərqlidir , nə qəti razılaşma var, nə də sabit sülh. region hələ də qeyri-müəyyən və təhlükəli mərhələdə qalır.
