DünyaSiyasət

3-4 ildir ki, ABŞ-ın maliyyə gücü Rusiyanı belə ram etməyə yetmir

İran məsələsində iddia olunan “atəşkəs” o qədər də ümidverici deyil. Hər an hücumlar yenidən başlaya və ya bir müddətlik fasilədən sonra eyni ssenari üzrə təkrarlana bilər. Trampın “atəşkəs” məsələsi daha çox birja manipulyasiyası, bazarı qısa müddətlik də olsa, sakitləşdirmək cəhdi kimi görünür. Təəssüflər olsun ki, “İran təcrübəsi” də tək səfərlik bir məsələ yox, həm də müasir dünyanın yeni “ənənəsi” olacağa oxşayır.

Vallerştayn oxuyanlar, məllimin hegemoniya və onun çöküşü ilə bağlı yanaşmasından xəbərdardır. Onun fikrincə, bir hegemoniya çökməyə başladığında ilk növbədə istehsal üstünlüyünü itirir. İstehsal gücündəki geriləməni maliyyə sahəsində gerilmə əvəz edir. Maliyyə geriləməsi də hegemon gücə hərbi xərcləri zirvədə saxlamağa imkan vermədiyi üçün qaçınılmaz hərbi geriləmə baş verir, nəticədə hegemoniya sona çatır.
Eyni yanaşmanı bu günün dünyasına tətbiq etdikdə, qarşımıza belə bir mənzərə çıxır. ABŞ və kollektiv Qərb artıq istehsal gücünə görə Çin qarşısında geriləyib. Bu gerilik hələ ki, maliyyə gücünün geriləməsi perioduna girməyib. Lakin hegemonun maliyyə gücü da zəifləyib. Sadə nümunə versəm, 2022-dən sonra Rusiyanı SWİFT-dən çıxardılar, amma problem həll olmadı.
70-80-lərdə ABŞ sırf maliyyə gücü ilə istehsalda onu qabaqlayan Yaponiya kimi dövlətləri ram edə bilirdi. Amma son 3-4 ildir ki, maliyyə gücü Rusiyanı belə ram etməyə yetmir.
Geriyə isə sadəcə hegemonun alternativsiz olduğu tək sahə, hərbi güc qalıb. İstehsal gücünün gerilədiyi, maliyyə gücünün öz təsirini itirdiyi bir dövrdə hegemoniyanı qorumaq üçün son çarə hərbi gücün nümayişidir. ABŞ-ın bu gün elədiyi şey də məhz budur. Hegemoniyanı xilas etmək üçün son çarə.
Tricontinental Sosial Araşdırmalar İnstitutu da bu vəziyyəti izah etmək üçün maraqlı bir bu termindən istifadə edir. Hiperimperializm. Onların fikrincə, artıq qlobal nizam yeni, hiperimperializm adlanan mərhələyə qədəm qoyub. Bu mərhələ klassik imperializmdən fərqli olaraq hərbi və fiziki güclə qurulan sistemdir. Əgər klassik imperializm müstəmləkə və iqtisadi üstünlüklə bağlı idisə, hiperimperializm sırf fiziki güclə, şiddət və qorxutmaqla bağlıdır.

Problem ordadır ki, ABŞ hegemoniyasını əvəzləmə ehtimalı olan tək güc – Çin də hegemoniya iddiasında deyil. Çünki ABŞ hegemoniyasından ən çox qazanan, bəslənən elə Çinin özüdür. Əl qərəz, yeni dünya üçün çox pis ənənə yaranıb. Hegemona boyun əyməyən, onunla anlaşa bilməyən istənilən digər ölkə bu ənənənin qurbanı olacaq.

 

Araz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Bəlkə axırda sürpriz etdim, bilmək olmaz” — Elmar Məmmədyarovdan SEÇKİ AÇIQLAMASI

redaktor

Ərdoğandan İsrail-İran açıqlaması: Hər iki tərəf…

redaktor

Ermənistan ictimaiyyəti nə düşünür indi?

admin