Məsud Pezeşkiyan ilə SEPAH arasında qarşıdurma artıq açıq-açığına sezilir — rejim daxilində çatlar açıq görünür.
4 aprel görüşü (Pezeşkiyan – Hüseyn Taib) bir şeyi göstərdi: sistem daxilində böhran pik həddə çatır. Taibin Müctəba Xameneiyə yaxınlığı isə bu qarşıdurmanı birbaşa hakimiyyətin mərkəzinə bağlayır.
Pezeşkiyanın Əhməd Vəhidi və Əli Abdullahi-ni “özbaşına” adlandırması artıq açıq siqnaldır: idarəetmə dağılır.
İllərlə aparılan yanlış siyasət, bitməyən gərginlik və hərbi avantüralar İranı tükəndirib. İqtisadiyyat bu yükü daşımır. Ölkə iqtisadiyyatına ciddi zərər-ziyan dəyib. Zavodlar-Fabriklər, dəmiryolları, körpülər, hava və dəniz limanları vurulub. Ölkə büdcəsinə bir neçə yüz milyardlıq zərər dəyib. Ölkə İqtisadiyyatı ən azı bir neçə onliklər geri atılıb və bütün bu sadaladıqlarım 38 gündə olub. ABŞ və İsrail, farspərəstlərin nə deməsindən aslı olmayaraq bütün hədəflərə nail olub.
“Vilayəti-fəqih” artıq ideoloji dayaqlarını itirir. Sistem içəridən çökür.
Zaman ABŞ və İsrail üçün işləyir. Bu, artıq gizlədilə bilən proses deyil.
