Yetim Tramp İranı vurmaq istəyir – deyirsiz dəlidir, başını-ağlını itirib, vurmur – deyirsiz, qorxaqdı, geri çəkildi. Neynəsin bəs?! )
Son 40 gündə 4 dəfə demişdik ki, müharibə bitən kimi hamı özünü qalib elan edəcək, neft düşəcək, müəyyən sabitlik yaranacaq. Amma, bu 40 günlük müharibənin fəsadları, nəticəsi, hardasa, yaxın 2-3 ayda bilinəcək, İran daxilində proseslər daha da sürətlənəcək.
Tramp isə bildiyimiz şoumendir, bir 40 gün sonra da Kubanı həll edib, İranı unutduracaq, necə ki, İranla başlayıb Venesuellanı unutdurdu.
Əsas odur ki, fəlakət ssenariləri olmasın, neft-qazın qiyməti bir az düşsün, alan da, satan da razı qalsın.
P.S. Neft 14%-ə yaxın ucuzlaşdı, 94 dollara qədər enib, yaxın günlərdə istənilən bir sənəd imzalansa, 70-80 dollar koridoruna yerləşəcək…
