ABŞ-İsrail ittifaqı İR ə qarşı öncədən elan etdikləri 6 həftəlik hərbi əməliyyat,tam 5 həftə 4 gün sonra,adını atəşkəs qoyaraq başa çatdırdı.
Əslində hər şey öncədən hesablanmış plan üzrə baş verdi.
Orası qaranlıq qalır ki, Tramp İR nə ilə təhdid edirdi və vaxt başa çatanda nə baş verəcəkdir.
Amma olaylar Amerikanın deyil, İsrailin ssenarisi ilə irəlilədi.
İsrail öncədən elan etdiyi kimi İR bütün hərbi-siyasi rəhbərliyini, hava limanlarını, sənaye mərkəzlərini, hərbi bazalarını, hərbi-dəniz donanmasını, hərbi-hava qüvvələrini əsasən yox etdi.
Hədəflərinə əsasən nail oldu.
İR hərbi-siyasi rəhbərliyi ağır itkilər bahasına olsa da hərbi-siyasi müqaviməti təşkil edə bildi.
Xüsusilə Hörmüz boğazı kartından məharətlə istifadə edərək siyasi müqaviməti uğurlu etdi.
İR mövcud rəhbərliyi hələ dəfn edilməmiş Ali dini lider Xameneinin dəfn mərasimini özü üçün geniş miqyaslı təbliğat vasitəsinə çevirəcək.
SEPAH ölkədə tam diktatura qurmağa cəhdlər edəcək; əgər bunda başarılı olarsa, qarşıda İR üçün daha ağır günlər olacaq.
Mərkəzi ağıl bunu önləyə bilərsə, yəni Venesuela siyasi rəhbərliyi kimi dövlətin kurs dəyişiminə nail olarsa, İR qurtulduğunu saymaq olar.
Amma SEPAH-ın on minlərlə proksi gücünü ölkəyə yığması içəridə ciddi müqavimətə hazırlandığını göstərir.
Ərəb ölkələri bu 39 gündə ən ciddi strateji məğlubiyyətlə çıxan ölkələr oldu.
Məlum oldu ki, onların milli təhlükəsizlik strategiyası sadəcə olaraq yoxdur; indi hamısı İsrailin qucağına düşüb.
Durumdan necə çıxacaqları qeyri-müəyyən olaraq qalır; hər halda buna illər lazım olacaq.
ABŞ-ın 6 həftəlik əməliyyatı Tramp administrasiyası üçün ciddi problemlər yaratdı.
Düzdür, o əməliyyatı qanunvericiliyin yol verdiyi iki ayı keçməməklə səlahiyyətləri aşaraq ciddi qanun pozuntusu etmədi, əməliyyatı 6 həftə içində yekunlaşdırdı, amma artıq 85 konqresmenin ona qarşı həmləsi ciddi problemdir.
Tramp uranı ələ keçirə bilmədi,ələ keçirmiş olsaydı bu onun üçün çox böyük nəticə olacaqdı.
Savaşın dayanması hərbi təzyiqlərin deyil Çinin İR ə birbaşa müdaxiləsi ilə başverib.
Bu durum qarşısında Konqresin və Xalqın müqavimət Trumpı bitirdi saymaq olar.
Amma Tramp Sİ ilə görüşə kifayət qədər rahat gedə bilər…

