DünyaGündəmSiyasət

Qalib yoxdur

Səhər açılandan jurnalistlər eyni sualı mənə ünvanlayırlar: Müharibənin qalibi hansı tərəfdir? Cavabım belədir: Qalib yoxdur.

Hər tərəf qazandığını iddia etməyə çalışsa da, nə ABŞ və İsrail Tehrana, nə də İran bu ölkənin paytaxtlarına bayrağını sancıb. Müharibə nəticəsində ABŞ və İsrail İranı uranı zənginləşdirmək məsələsində illərlə geri saldı, hərbi sənayesinə zərbələr vurdu, körpülər və istehsal müəssisələri dağıldı, ancaq rejim böyük itkilərə rəğmən, ayaqda qaldı. İranda hakimiyyətə nəzarət edən SEPAH yenidən uranı zənginləşdirməyə və ballistik raket istehsalını bərpa edərsə, deməli İrana qarşı müharibənin ABŞ və İsrail üçün uzunmüddətli müsbət nəticəsi ortadan qalxacaq. Ancaq orası da var ki, İrandakı rejim ölkə iqtisadiyyatını, iş yerlərini bərpa etməli, maaşları verməli, bir sözlə 90 milyonliq əhalinin təminatlarını ödəməlidir.

Əgər müharibədən əvvəl İran iqtisadiyyatı dəhşətli inflyasiya ilə üzləşmişdisə və dükan sahibləri etiraza qalxmışdılarsa, müharibənin ağır nəticələrini ortadan qaldırmaq və sosial problemlərin həlli daha da çətinləşib. İranın ən yaxın tərəfdaşı Çinin bu ölkəyə yatırım qoyacağı problematikdir. Çünki, Pekinin təminatı yoxdur ki, İran yeni müharibə ilə üzləşməyəcək. Həqiqətən müharibənin bitdiyini söyləmək çətindir. Fasilə götürülüb. Atəşkəs kövrəkdir. Bu dünyada heç imzalanan sazişlər yerinə yetirilmir, o ki qala, tərəflər atəşkəsə riayət etsinlər…

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Moskvanı Qələbə Paradına hücumla hədələdi

redaktor

Azərbaycanda “Bitcoin”i hardan almaq olar?

admin

Daha çox insanı insultdan belə qorumaq olar: ilk 45 dəqiqə ərzində…

admin