DünyaSiyasət

Netanyahu üçün siyasi dalan: İsrail atəşkəs oyununu pozur

İsrailin ana müxalifət partiyası “Yeş Atid”in (Gələcək Var) sədri Yair Lapid ABŞ-la İran arasında əldə olunan 15 günlük atəşkəs razılaşmasını şərh edərək deyib:

• “Bu cür siyasi fəlakət bütün tariximizdə heç vaxt baş verməyib;
• İsrail öz “milli təhlükəsizliyinin” taleyi barədə qərar vermək üçün masada belə oturmayıb;
• Netanyahu siyasi və strateji cəhətdən uğursuzluğa düçar oldu, qarşısına qoyduğu heç bir məqsədə çatmadı”.

Qısası, onsuz da taxtı laxlayan Netanyahu ABŞ-la İran arasında əldə olunacaq razılaşmadan ən çox zərərçəkən tərəf durumuna düşəcək. Üstəlik, onu danışıqlar masasına belə buraxmırlar və Trampın tələbilə İsrail əldə olunan razılaşmaları yerinə yetirməyə məcburdur. Bu vəziyyət, sözsüz ki, 27 oktyabrda parlament seçkilərinə hazırlaşan Netanyahu üçün ölümcül zərbə ola bilər.

Görünür, bu səbəbdən də İsrail bacardığı qədər ABŞ-la İran arasında əldə olunan atəşkəs razılaşmasını pozmağa çalışır. Belə ki, Pakistanın vasitəçiliyi ilə baş tutan atəşkəs razılaşmasına əsasən, bu qərar təkcə İran və ABŞ-la məhdudlaşmayacaq, həm də onların müttəfiqləri tərəfindən də həyata keçiriləcək. İranın müttəfiqlərindən birinin Livan “Hizbullah”ı, ABŞ-ınkının isə İsrail olduğunu nəzərə alsaq, məntiqlə onlar da atəşi dayandırmalıdırlar. Netanyahu az əvvəl yayılan mətbuat açıqlamasında Trampın İrana hücumlarla bağlı iki həftəlik atəşkəs elanını dəstəklədiyini, lakin bunun Livanı əhatə etmədiyini bildirib. Ardınca da İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatları davam etdirib, ən azı 4 “Hizbullah”çını öldürdüyü açıqlayıb.

Qısası, nə qədər ki, Netanyahu hakimiyyətdədir, İranla ABŞ arasında sülh danışıqlarının nəticə verəcəyinə inanmaq sadəlövhlükdür.

 

Heyder Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Navalnı öldü, məni xilas edin – Mixail Saakaşvili

admin

“O torpaqlar Stalinin polyaklara hədiyyəsidir” – Putin

admin

Mask Trampın Zelenski ilə telefon danışığına qoşularaq, Kiyevə yardım VƏD EDİB

redaktor