DünyaSiyasət

Neçə müddətdir Tramp İrana deyirdi Hörmüz boğazını aç və masaya gəl

Nəhayət ki İran bu gecə boğazı açdı və danışıqlara hazır olduğunu bəyan etdi.
Bu günə olan fakt budur, heç bənd üzrə heç konkret razılaşma yoxdur. Aprel ayının 10-da keçiriləcək danışıqlarda ABŞ-ın 15, İranın 10 şərtdən ibarət təklifləri müzakirə ediləcək.
ABŞ-ın və İranın şərtləri.
ABŞ
Nüvə Proqramı ilə Bağlı Şərtlər.
1. Nüvə potensialının ləğvi: İran mövcud olan bütün nüvə potensialını tamamilə sıradan çıxarmalıdır.

2. Nüvə silahından imtina: İran heç vaxt nüvə silahı əldə etməyəcəyinə dair hüquqi öhdəlik götürməlidir.

3. Zənginləşdirmənin dayandırılması: İran torpaqlarında heç bir uran zənginləşdirilməsi fəaliyyəti aparılmamalıdır.

4. Uranın təhvil verilməsi: İran əlindəki bütün yüksək səviyyəli zənginləşdirilmiş uranı (xüsusilə 60%-lik uran) dərhal Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) təhvil verməlidir.

5. Təsisatların bağlanması: Nətənz, İsfahan və Fordo kimi kritik nüvə mərkəzləri sökülməli və yararsız hala salınmalıdır.

6. Tam nəzarət: BAEA müfəttişlərinə İranın hər yerində limitsiz, şəffaf və tam nəzarət hüququ verilməlidir.

Regional və Hərbi Şərtlər
7. Vekil qüvvələrdən imtina: İran bölgədəki (Hizbullah, Həmas, Husilər və s.) “vekil qüvvələr” modelindən tamamilə əl çəkməlidir.

8. Maliyyənin kəsilməsi: Bu qrupların maliyyələşdirilməsi, silahlandırılması və onlara rəhbərlik edilməsi dərhal dayandırılmalıdır.

9. Hürmüz Boğazı: Hürmüz Boğazı beynəlxalq gəmiçilik üçün tamamilə açıq və təhlükəsiz hala gətirilməlidir.

10. Raket proqramına məhdudiyyət: İranın ballistik raketlərinin mənzili və sayı kəskin şəkildə azaldılmalıdır.

11. Müdafiə təyinatı: İran raketlərdən yalnız özünümüdafiə məqsədilə istifadə edə biləcəyinə dair zəmanət verməlidir.

ABŞ-ın Öhdəlikləri və Qarşılıqlı Şərtlər
12. Sanksiyaların ləğvi: İran bu şərtləri yerinə yetirərsə, ABŞ bütün iqtisadi sanksiyaları tamamilə ləğv edəcək.

13. Mülki nüvə dəstəyi: ABŞ İranın dinc məqsədli nüvə enerjisi (məsələn, Buşəhr stansiyası) inkişaf etdirməsinə kömək edəcək.

14. Yenidən sanksiya təhlükəsi: Əgər İran razılaşmanı bircə dəfə belə pozarsa, bütün ağır sanksiyalar dərhal geri qaytarılacaq.

15. Regional Konsorsium: İranın nüvə yanacağı xaricdən, ABŞ, BƏƏ və Səudiyyə Ərəbistanının da daxil olduğu bir konsorsium vasitəsilə təmin ediləcək.
__
İran:
1. Hücumların Tam və Daimi Dayandırılması
İran müvəqqəti atəşkəsi rədd edir. İlk şərt budur ki, ABŞ və İsrail İranın hərbi və mülki obyektlərinə hücumları tamamilə və daimi olaraq dayandırdığını rəsmən elan etməlidir.

2. Təhlükəsizlik Zəmanəti
Tehran tələb edir ki, ABŞ gələcəkdə İranın suverenliyinə və ərazi bütövlüyünə bir daha hücum etməyəcəyinə dair beynəlxalq səviyyədə hüquqi zəmanət verməlidir.

3. Sanksiyaların Ləğvi
İran iqtisadiyyatına tətbiq edilən bütün sanksiyalar, xüsusilə bank və neft satışı üzərindəki məhdudiyyətlər dərhal və geri dönməz şəkildə ləğv olunmalıdır.

4. Hizbullaha Qarşı Hücumların Dayandırılması
İranın şərtlərindən biri də İsrailin Livanda Hizbullah qüvvələrinə qarşı apardığı hərbi əməliyyatları tamamilə dayandırmasıdır.

5. Hürmüz Boğazı üçün “Tranzit Rüsumu”
İran Hürmüz Boğazını beynəlxalq gəmiçilik üçün açmağa razıdır, lakin maraqlı bir şərt qoyur: Boğazdan keçən hər bir gəmidən təxminən 2 milyon dollar rüsum alınmalıdır. Bu məbləğ Omanla bölüşdürüləcək.

6. Yenidənqurma Fondunun Yaradılması
Hürmüz Boğazından əldə olunan rüsumlar İranın hava zərbələri nəticəsində dağılmış infrastrukturunun bərpasına (körpülər, elektrik stansiyaları və s.) yönəldilməlidir. İran birbaşa təzminat əvəzinə bu fondu təklif edir.

7. Dondurulmuş Aktivlərin Azad Edilməsi
Xarici banklarda (xüsusilə Cənubi Koreya, İraq və Avropa) dondurulmuş milyardlarla dollarlıq İran aktivləri dərhal Tehrana qaytarılmalıdır.

8. Nüvə Nəzarətinə “Məhdud” İcazə
İran nüvə proqramının hərbi məqsədli olmadığını sübut etmək üçün BAEA müfəttişlərinin nəzarətinə icazə verə bilər, lakin bu, “milli təhlükəsizliyə xələl gətirmədən” və qarşılıqlı hörmət çərçivəsində olmalıdır.

9. Regional Dialoq Platforması
Tehran təklif edir ki, bölgədəki münaqişələrin həlli üçün kənar güclər (ABŞ və s.) deyil, region ölkələrinin (İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan) iştirakı ilə yeni bir təhlükəsizlik formatı yaradılsın.

10. Livan da daxil olmaqla, bütün cəbhələrdə müttəfiq qruplara (Müqavimət Oxu) qarşı müharibənin və hərbi əməliyyatların tamamilə dayandırılması.”

 

İlham Qadir

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskinin Trampla görüşü “bütün dövrlərin ən vaciblərindən biri” kimi dəyərləndirib.

admin

190 milyon dollarlıq döyüşdə Aleksandr Usik Fyurini məğlub etdi.

admin

Rusiya ABŞ-ı dialoqa çağırır

redaktor