İranın Türkiyədəki, ya kənardan girən proksiləri İsrailin baş konsulluğuna terror hücumu etmiş.
Türkiyə polisi, xüsusi təyinatlılar.çevik tərpənib. Baş Konsulluğun önündə qarşılıqlı atışma olub. Nəticədə bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib. 2 polis əməkdaşı isə, həmin silahlı atışma insident zamanı təəssüf ki, xəsarət alıb.
İran terror rejimi, təəssüflər olsun ki, bu fələstin təbliği, söhbətindən çox yararlandı bütün Yaxın Şərqdə: İraqda, Livanda, Suriyada, Türkiyədə də, sui-istifadə edib terror-təxribat yuvalarını qurub. Eyni zamanda da, öz “neoşiəliyini”” (şiə yox) də təbliğat olaraq, siyasi-dini təşviqat olaraq yaydı.
İran rejimi neftin milyardlarını buraxırdı bütün Regionda, özünə belə təbliğat bazaları yaradıb. Hətta, Avropada da, ABŞ-da, Rusiyanın özündə və Gürcüstanda da var, bu “asminoqun” qolları!. Diyasi-dini və silahlı qolları. 2010-da Nardaran, 2018-də Gəncədə polis zabitlərini kim öldürdü?
HƏMAS, Hezbulla, Hüsitləri və s. kim yaratmış? Terror mərkəzi, İran-SEPAH rejimi ləğv edilməli. Tehran rejimi ləğvi ilə də bitməyəcək, bunları o müxtəlif ölkələrdəki qol-“maşaları” kəsilməlidir.
P S.
2010-cu ildə Türkiyə və İsrailin Azərbaycandakı səfirləri ilə görüş və razılığı ilə o, məşhur “Mavi Mərmərə” qanlı insidentini araşdırmağa, hər iki ölkəyə gedərkən, İstanbuldakı Aksraray deyilən yerdən yuxarı bir gözəl bölgə məhəllə var, adını unutmuşam. Orada bu, iranpərəst islamçıların, hansı ki, həmin o, qanlı ınsidenti qurmuşdular, sorğu-sual edəndə, təəccüb qaldım, İran əlinin uzunluğuna. Onların hünər, imkan, şəraitlərinə. Mətbuatda çox gedib, Mavi-Mərmərə təhqiqatı.
