Rejim tərəfindən rədd edildikdən sonra Tramp bu ultimatumu reallaşdırmağa risk etmədi. (Mədəniyyətin məhvi barədə sözləri ümumiyyətlə, bərbad idi).
İki həftəlik atəşkəs İran tərəfinə ilk növbədə Əli Xamenei üçün rəsmi dəfn mərasimi təşkil etməyə imkan verəcək. Rejim mümkün qədər çox əhali və xarici qonaq toplayaraq mərasimi legitimlik mənbəyinə çevirməyə çalışacaq.
Aprelin 10-dan başlayacaq danışıqlarda nəticə əldə olunması ehtimalı barədə qəti və birmənalı rəy söyləmək çətindir. Aydındır ki, bu şəraitdə razılıq olacaqsa, tərəflərdən birinin diktəsi ilə deyil, qarşılıqlı kompromislər əsasında olacaq. (“İranın şərtləri” adı altında yayılan 10 bənddən ibarət mətn absurddur və daha çox təbliğata yönəlib). Razılıq olmayacaqsa, müharibənin yenidən başlaması deyil, atəşkəsin uzadılması ehtimalı daha yüksəkdir.
