DünyaSiyasət

Atəşkəs məhz elə bu səbəblərə görə kövrəkdir

Tehran bildirir ki, atəşkəsə görə, İsrail Livana qarşı hərbi əməliyyatı dayandırmalı, Tel-Əviv isə ABŞ-la İran arasındakı atəşkəsin Livan əməliyyatına dəxli olmadığını vurğulayır.

İsrail hökuməti zamanla yarışır, baş nazir Benyamin Netanyahu bilir ki, ABŞ Prezidenti Donald Tramp ona zəng edib, “Livana qarşı əməliyyatı dayandır” deyə bilər və bu halda Netanyahu əməliyyatı dayandırmaq məcburiyyətində qalacaq.

Netanyahu həmin zəngə qədər Hizbullah təşkilatının Livandakı mövqelərinə daha çox zərbə vurmağa çalışır. Ancaq bu əməliyyat sərhədləri xeyli aşıb, Livanda mülki insanlar arasında ölənlərin sayı artıb. İsrail Livanda hərbi əməliyyatı davam etdirdiyinə görə də İran Hörmüz boğazından tankerlərin keçidini yenidən əngəlləyib. Atəşkəs məhz elə bu səbəblərə görə kövrəkdir.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın tələsik sülh təşəbbüsünün arxasındakı həqiqətlər

redaktor

Mağazalara süni yumurtalar çıxarılıb – VİDEO

redaktor

Ermənistan da ağıllanar… – Çavuşoğlu

redaktor