Məncə, bu atəşkəs nə ABŞ-ın qələbəsidir, nə də İranın. İkisi də məğlub olub. İranın ərazisi dağıldı, rəhbərləri öldürüldü, ABŞ və İsrailin isə mifi dağıldı.
Əlbəttə, İranda molla rejiminin getməsini və orda sivil, demokratik bir idarəçiliyin qurulmasını çox istərdim. Amma reallıq bundan ibarətdir ki, İran bizim aftafa deyib lağa qoyduğumuz, ABŞ isə kefi nə istəsə, onu da eləyən bir ölkə deyilmiş. Birini çox alçaltmışıq, o birini də çox ucaltmışıq.
