DünyaSiyasət

ABŞ – İran müharibəsi niyə İslam dünyasının cihadına çevrilmədi?

Təhlil
Yaxın Şərqə uzaq düşüncələr

Yaxın Şərqlə tədqiqat aparan istənilən araşdırmaçının qeydləri böyük ehtimalla eyni məzmunlu notlarla yekunlaşır.

Qədim sivilizasiya olması faktı dəyişdirmir. Təkcə, son 100 ildə Yaxın Şərq Coğrafiyasında irili-xırdalı 100-dən artıq müharibə baş verib.

Hətta bütün dünyada sülh olsa belə, bu regionda toqquşmaların baş verməsi qaçınılmazdır.

Bölgədə üzü Karfagendən Romaya, İsgəndərə, Xilafətə, Sasanilərə və onlarıa türk imperioyalarına qədər, müasir dövrün işğalları daxil – İngilis, fransız, rus, Osmanlı, hətta ABŞ və s. güc mərkəzlərinin təmsil olunması ilə xarakterik olan dövrlərdə bölgə qan içində üzüb.

20 əsri neft erası adlandıran Daniel Yergin qan əvəzinə torpağın artıq rifah suyu axıdacağına ümid etmirdi. Lakin neft də nəticədə yanacaq növü idi və bu yanacaq ifadəsi onun gətirəcəyi rifahı çoxdan Midiya Yağının işığı ilə nurlanan lampaların rəqsində söndürmüşdü.

Yaxın Şərqi hər baxış sahibi bir cür araşdıra bilər. O baxır kim nədən istifadə edir:

İslamın müqəddəs Kitabından hədislərə, Min bir gecə nağıllarının ay işığına bürünən sehrində, ingilis yazarlarının şərq melodramalarında, bir sözlə, tapa bildikləri hər mənbədə, lakin fərqli öyrənməyə məhkum qalırlar.

Düşünəndə ki, çox deyil, cəmi 50 il əvvəl bu bölgədə Livan adlı bir dövlət olub (İndi də var, sadəcə dövlət deyil.) və onu “Yaxın Şərqin Parisi” adlandırıblarmış, təkcə bu, nəticə çıxarmağa bəs edir ki, söhbət necə bir yerdən gedir.

Cihada çağırış kim üçün idi?

Bir çox müsəlmanın sevərək oxuduğu Ali İmran surəsi, 103-cü ayəsi böyük bir istinad mənbəsi yaradır:

“Hamınız birlikdə Allahın ipindən (Quran və dinindən) möhkəm yapışın və ayrılmayın! Allahın sizə olan nemətini xatırlayın: Siz bir-birinizə düşmən idiniz, O sizin qəlblərinizi birləşdirdi və siz Onun lütfü ilə qardaş oldunuz.” (Ali İmran, 3:103)

Bəs, belə bir ayənin nüzul səbəbi nə idi?

Bu ayə Mədinədəki Əvs və Xəzrəc qəbilələri ilə bağlı nazil olmuşdu. Cahiliyyə dövründə bu iki qəbilə arasında uzun illər qanlı müharibələr (xüsusilə Buas günü döyüşü) baş verir. Onlar bir-birinə qatı düşmən idilər.

İslam gələndən sonra hər iki qəbilə müsəlman olur və Peyğəmbər sayəsində qardaşlaşırlar. Amma bir gün Şas ibn Qays adlı bir yəhudi onların yanından keçərkən onların birliyini görüb qısqanır. Bir yəhudi gənci göndərib onlara Buas döyüşünün şerlərini oxutdurur və keçmiş qələbələri xatırladır.

Bu, qəbilələr arasında yenidən mübahisə və qarşıdurmalara səbəb olur. Silahlara əl atdılar, “Silah başına!” deyə qışqırdılar. Peyğəmbər xəbər tutub yanlarına gəldi və buyurdu: “Siz hələ də cahiliyyə çağırışı edirsiniz? Halbuki mən aranızdayam, Allah sizə İslamı izzət verdi, cahiliyyəni kəsdi və qəlblərinizi birləşdirdi!”

Səhabələr dərhal silahları atdılar, bir-birindən üzr istədilər, qucaqlaşıb barışdılar. Bu hadisədən sonra ayə nazil oldu və Allah bu neməti xatırlatdı. (İbn Kathir və digər təfsirlərə görə).

Bu hekayəyə görə, düşmənlər (burada yəhudilər) həmişə müsəlmanların birliyini pozmağa çalışır və birlik cihad üçün ən böyük güc mənbəyidir.

Bəs, islam ümmətini, Müsəlman qardaşını qorumaq üçün cihada cağırışın hekayəsi necə meydana çıxmışdı?

Peyğəmbər Abdullah ibn Cahşı və bir neçə səhabəni Qurayşın hərəkətlərini izləmək və məlumat toplamaq üçün Nəxlə vadisinə göndərir. Peyğəmbər onlara bir məktub verir və deyir ki, “iki gün keçəndən sonra açın”. Onlar iki gün keçəndən sonra məktubu açırlar. Məktubda Nəxlədə düşmənin vəziyyətini izləmək əmri olur, amma açıq şəkildə döyüş əmri verilmir.

Onlar orada Qurayş karvanı ilə qarşılaşırlar. Səhabələr (bəzi rəvayətlərə görə) şəxsi təşəbbüslə hücum edirlər. Amr ibn əl-Hadramini öldürürlər, iki nəfəri əsir götürürlər və qənimət alırlar. Bu hadisə haram ayda (Rəcəb ayında) baş verir və bu səbəbdən böyük narahatlıq yaranır. Qurayş müsəlmanları tənqid edir və deyir ki, “siz haram ayda döyüşürsünüz”.

Səhabələr geri qayıdıb hadisəni Peyğəmbərə danışırlar. Peyğəmbər narazı qalır və qəniməti qəbul etmir, çünki döyüşə icazə verilməmiş olur.

Bu hadisədən sonra 216-cı ayə (və ardınca gələn 217–218-ci ayələr) nazil olur.

Ayələr həm cihadın vacibliyini bildirir, həm də insanların xoşuna gəlməyən şeylərin (məsələn, döyüşün) bəzən xeyirli ola biləcəyini vurğulayır. 217-ci ayə isə xüsusilə haram ayda döyüş məsələsini açıqlayır: haram ayda döyüşmək böyük günah sayılır, amma insanları Allah yolundan döndərmək, Kəbəyə mane olmaq və zülm etmək daha böyük günah hesab olunur.

Bütöv bir islami dünyagörüşü, dünyadakı 2 milyard insanın həyatını şəriət qaydaları əsasında qurması, yaşaması və ona görə ömrünü fəda etməsinin rəqəmi, həddi və həcmi olduqca böyükdür. Belə bir ümmət gücünü qarşısına ala biləcək hansısa qlobal oyunçunun keçmiş tarixdə arxasında buraxdığı onlarla nümunələr varkən…

 

Əlibəyli Əziz

Tacxeber.com

Oxşar xəbərlər

“Zelenskinin sonu Adolf Hitler kimi olmalıdır” – Kadırov

redaktor

Özbək jurnalist Daşkəndi Bakının nümunəsini izləməyə və “Rus Evi” yaratmağa çağırıb.

redaktor

Pəhləvi təhlükəsi varmı?

redaktor