ABŞ prezidenti Donald Tramp dünən maraqlı bir açıqlama verərək demişdi ki, İranda üsyançılara kürd separatçıları vasitəsilə xeyli silah göndərmişdik. Amma bu silahlar öz ünvanına çatmayıb. Çünki “kürdlər silahları özlərində saxlayıblar” (ifadə Trampa aiddir).
Bu gün də həmin məlumatı növbəti dəfə doğrulayaraq, silahı ünvanına çatdırmayanlardan ağır qısas alacağını vurğuladı. Yəni, separatçıların bundan sonra işləri xarab olacaq.
Mənə maraqlı gələn başqa məqamdır. Məsələ burasındadır ki, ABŞ-a ilk atan separatçılar da deyil. 2015-ci ildə ABŞ hökuməti “təlim keç, silahlandır” projesi çərçivəsində 15 min suriyalını əsgər kimi hazırlayıb ölkəyə göndərməyi planlaşdırmışdı. Layihə üçün 500 milyon dollar pul ayırmışdı. Təlim müddəti başa çatanda məlum olmuşdu ki, cəmi 15 nəfər hazırdır. Onların Suriyaya göndərilməsi isə daha böyük skandalla nəticələnmişdi. Sərhədi keçən silahlılar dərhal İŞİD-ə təslim olmuş və bütün silahlarını terrorçulara təhvil vermişdi. Yəni ən azı yarım milyard dollar göyə sovrulmuş və nəticədə ABŞ sanki İŞİD-i silahlandırmışdı.
Pentaqonun hesablanmalarına görə, “təlim keç, silahlandır” layihəsi çərçivəsində hər əsgərin hazırlanması 4 milyon dollara başa gələcəkdi. Hər ay isə onlara 150 min dollar maaş vəd olunmuşdu. Heç bir işə yaramayan bu yararsız “əsgərlər” dünyanın ən bahalı hərbçiləri sayılırdılar.
Görünən budur ki, PKK-çılar da ABŞ-a eyni qaydada atıblar.

