Artemis II ekipajının missiya boyunca istifadə edə biləcəyi 189 fərqli menyu seçimi var. Buraya qəhvə və smuzi kimi 10 müxtəlif içki də daxildir.
Ən çox istifadə olunan qidalar arasında tortilla, qoz-fındıq, barbekü mal əti (brisket), gül kələmi, makaron və pendir, balqabaq püresi, peçenye və şokolad var.
Oriondakı qidalar ekipajın sağlamlığını və performansını qorumaq üçün xüsusi hazırlanıb.
Menyu seçimləri kosmik qida mütəxəssisləri və astronavtların özləri ilə birlikdə tərtib olunur. Burada kalori ehtiyacı, maye balansı və qida dəyərləri nəzərə alınır, eyni zamanda fərdi zövqlərə də uyğunlaşdırılır.