25.7 C
Bakı
09 İyul 2026 12:41
DigərHadisə

Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəz rəhbəri barədə QƏRAR VERİLDİ

Sumqayıt Səhər Məhkəməsində fəaliyyəti dayandırılan “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Prosesdə vəsatət təmin edilib və Ceyhun Salmanov, Natiq Əliyev və Elşad Məhərrəmov barəsində olan həbs qətimkan tədbirlərinin müddəti 2 ay – iyunun 9-na qədər uzadılıb.

Qeyd edək ki, Sumqayıt Şəhər Prokurorluğuna daxil olan şikayətlər əsasında “Qurtuluş” reabilitasiya mərkəzində araşdırmalar aparılıb. Araşdırmaların nəticəsi olaraq mərkəzdə qanunsuzluqlar aşkarlanıb və faktla bağlı cinayət işi başlanılıb. Mərkəzin rəhbəri Ceyhun Salmanov, təşkilatın əməkdaşları – Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıblar. Sumqayıt Şəhər Məhkəməsinin qərarları ilə hər üç şəxs barəsində 2 ay 10 gün həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər qərarlardan apellyasiya şikayəti versələr də, Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamışdı.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərərvurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bir müddət əvvəl tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə həmin mərkəzdə müalicə alsa da, 4 ay sonra müalicə müəssisəsini tərk etmişdi. Hadisədən bir neçə gün sonra mərkəzin rəhbəri Ceyhun Salmanov, müəssisənin əməkdaşları Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıblar. (Moderator.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Ankarada keçirilən NATO sammiti xeyli genişmiqyaslı açıqlamalarla başa çatdı

redaktor

“Qarabağ”ın hücumçusu “Seltik”in düşərgəsində – Rəsmən təsdiqləndi

admin

Cəmil Həsənli İran səfirliyinə niyə dəvət edilib?

admin