28.1 C
Bakı
10 İyul 2026 22:36
CəmiyyətDin

Kələğayının nəyi pisdir?

Deyirlər ki, dindar qadınların başlarını örtməsi üçün milli örtük təklif olunur. Milli örtük nədir? Kələğayıdır, kələğayı!
Ortada hələ əməli proses başlamayıb, amma etirazlar aşıb-daşır.
Niyə?
Kələğayının nəyi pisdir?
Əsas məsələ başın örtülməsidirsə, onda nə fərqi var, hicab yoxsa kələğayı?
Kələğayı söhbəti niyə bu qədər ajiotaj doğurur ki?
60-70-ci illərədək rayonlarda, kəndlərdə qadınlarımız kələğayı ilə başlarını örtüblər.
Həm yüngüldür, həm zərif, təmiz ipək, həm də əlvan rənglərdə, naxışları ilə. dindar qadınlara əlavə yaraşıqdır. Hicab kimi altından xeyli başqa örtüklər bağlayıb sancaqlamağa ehtiyac yoxdur. Ən əsası özümüzündür!
Evimizdə hələ də o vaxtın kələğayıları qalır. Dindar deyiləm, amma başımı örtmək istəyəndə, məsələn küləkli havada, böyük məmnuniyyətlə istifadə edirəm. Heç bir problem yaratmır.
Azərbaycan kələğayılarının keçdiyi tarixi yolu var. Məncə, onu yalnız turistlər üçün toxunan suvenirlikdən çıxarıb dindar xanımlarımızın geniş istifadəsinə buraxmaq lazımdır.

 

Arzu Qazıyeva

Tacxeber.com

Oxşar xəbərlər

İcbari sığortada mühüm dəyişiklik: tələbələr və əlilliyi olmayanlar da ödəniş alacaq

redaktor

Şimali Koreya variantına doğru daha bir addım

redaktor

Cəmil Həsənli İran səfirliyinə niyə dəvət edilib?

admin