Dünyaİqtisadiyyat

Hörmüz möhləti öncəsi neft bahalanır

ABŞ-nin Hörmüz boğazının açılması üçün İrana verdiyi möhlət yaxınlaşdıqca neft bahalanır.

İyun üçün “Brent” markalı neftin fyuçerslərinin qiyməti 1.44 dollar artaraq bir barel üçün 111.21 dollara çatıb. ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı nefti isə 2.32 dollar bahalaşaraq 114.73 dollara yüksəlib.

Prezident Donald Tramp İrandan aprelin 8-i Bakı vaxtı ilə gecə 4-dək Hörmüz boğazını açmasını tələb edir. Əks halda, İranda körpüləri və elektrik stansiyalarını vurmaqla hədələyib.

Tehran atəşkəsi də rədd edib, müharibənin tam dayandırılmasını tələb edib.

“Phillip Nova” şirkətinin baş bazar təhlilçisi Priyanka Saçdeva “Reuters”ə deyib ki, İranın ABŞ-nin atəşkəs təklifini rədd etməsi gərginliyi yüksək həddə saxlayır, diplomatiyanı çox zəif duruma salır: “Neft qiymətləri yüksək qalır, çünki döyüş riski artıq nəzəri deyil. Enerji və daşınma obyektlərinə hücumlar davam edir. Treyderlər qorxurlar ki, müharibə bitsə belə, infrastruktura dəyən ziyan tədarükü günlərlə yox, aylarla azalda bilər”.

Hörmüzdən axının məhdudlaşması artıq bir neçə Körfəz ölkəsinin ixracını kəskin azaldıb.

ABŞ və İsrail fevralın 28-də İrana zərbələrə başlayandan İran qüvvələri boğazı faktiki bağlayıb.

Aprelin 7-də BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazında kommersiya gəmiçiliyinin qorunmasına dair qətnaməni səsə qoyacağı gözlənilir. Diplomatların sözlərinə görə, Çin hərbi güc tətbiqinə qarşı çıxdığı üçün sənəd xeyli yumşaldılıb. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tramp: “Kamala Harrisi məğlub etmək daha asan olacaq”

redaktor

Polşada Azərbaycan şirkətinin Rusyaya Boing təyyarələri üçün daşıdığı təkərlər müsadirə edilib.

admin

Çin liderinin varisi: Yerinə hazırladığı isim üzə çıxdı

admin