CəmiyyətDin

Hicabla bağlı müzakirələr fonunda cəmiyyət üçün daha ciddi problemlər kölgədə qalır

Bəzi xəbər portallarında hicabla bağlı yayılan məlumatlar ciddi suallar doğurur. Rəsmi mənbəyə əsaslanmayan bu cür xəbərlərin hansı məqsədlə tirajlandığını anlamaq çətindir. Cəmiyyət üçün həssas olan dini və mənəvi dəyərləri bu formada müzakirə mövzusuna çevirmək doğru yanaşma deyil.

Hicab bir çox insan üçün sadəcə geyim deyil – bu, inancın, seçim azadlığının və şəxsi dəyərin ifadəsidir. Bu məsələyə səthi və ya manipulyativ yanaşma istər-istəməz insanlarda narahatlıq yaradır.

Digər tərəfdən, daha ciddi və real problemlər göz önündədir. Təhsil sahəsində çalışan biri kimi açıq şəkildə görürəm ki, nəzarətsizlik, etik problemlər, zorakılıq halları, cinayət, rüşvət və məsuliyyətsizlik kimi məsələlər gənclərin gələcəyinə daha böyük təsir edir. Bu problemlər həllini gözlədiyi halda, diqqətin fərqli istiqamətlərə yönləndirilməsi düşündürücüdür.

Məsələn, Azərbaycanımızda 2024–2025-ci illərin rəsmi statistikasına əsasən, Azərbaycanda məktəb yaşlı (14–17 yaş) şəxslər tərəfindən törədilən cinayətlərin sayı illik təxminən 470+ hal təşkil edir; bu cinayətlər əsasən oğurluq, zorakılıq və bədən xəsarətləri ilə bağlı olub, eyni zamanda yalnız 2025-ci ilin ilk yarısında uşaqlarla bağlı 300-dən çox zorakılıq müraciəti qeydə alınıb ki, bu da məktəb mühitində davranış və təhlükəsizlik problemlərinin ciddi səviyyədə olduğunu göstərir.

Milli dəyərlərin qorunması vacibdir, amma bu yanaşma selektiv olmamalıdır. Əgər “milli geyim” anlayışı təşviq olunursa, bu, yalnız müəyyən bir qrupa deyil, hər kəsə eyni prinsiplə tətbiq olunmalıdır. Əks halda bu, yanaşmadan çox ziddiyyət kimi görünür.

Ümid edirəm ki, rəsmi qurumlar bu məsələyə aydınlıq gətirəcək və cəmiyyətdə yaranan suallara konkret cavab veriləcək. Cəmiyyət olaraq isə daha çox real problemlərə fokuslanmaq və onları həll etmək bizim üçün daha faydalı olar.

 

Natiq Xəlilov

Tacxeber.com

Oxşar xəbərlər

Niyə Şəmkir Rayon İcra Hakimiyyətində 53 nəfərin ixtisara salınacaq?

admin

Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu seçilib – FOTO

redaktor

Kişilər dikdaban geyinməyi necə tərgitdilər? Şah Abbasın dünyaya yaydığı dəb əsrlər sonra porno elementi kimi ortaya çıxdı

admin