DünyaHadisə

“Əfqan Sadıqovun yaşadıqlarının təkrarlanmaması üçün müvafiq qurumları zəruri tədbirlər görməyə çağırırıq”

Azərbaycanlı ictimai fəallar və jurnalistlər təqiblərdən yayınmaq məqsədilə müxtəlif ölkələrə sığınmağa məcbur qalırlar. Bu baxımdan, beynəlxalq hüquqi normaları ratifikasiya etmiş dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərə, eləcə də müvafiq beynəlxalq konvensiyalara hörmətlə yanaşmaları və onları tam şəkildə icra etmələri xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq konvensiyaların və normativ hüquqi çərçivənin yerinə yetirilməməsi ciddi narahatlıq doğurur və fundamental hüquq pozuntusu kimi qiymətləndirilməlidir.

Jurnalist Əfqan Sadıqov sərt və prinsipial tənqidləri ilə tanınır. Bu fəaliyyətinə görə onun həyat və təhlükəsizliyinin risk altına düşməsi yolverilməzdir. Onun ailəsinin Fransada sığınacaq alması və ailə birləşməsi çərçivəsində başqa ölkəyə köçmək perspektivi də mövcud idi.

Buna baxmayaraq, Əfqan Sadıqovun mənşə ölkəsinə deportasiya edilməsi dərin narahatlıq doğurur və ciddi suallar yaradır. Bu addım onun təhlükəsizliyi və fundamental hüquqlarının qorunması baxımından riskli hesab olunur. Baş vermiş deportasiya faktını qətiyyətlə pisləyirik, müvafiq qurumları beynəlxalq hüquq normalarına riayət etməyə, insan hüquqlarının müdafiəsini prioritet tutmağa və bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırırıq.

 

Hüquq və Azadlıqların Müdafiə İnstitutunun direktoru: Avtandil Məmmədov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Boris Conson niyə rus adı daşıyır? – Baş nazirin şəcərəsi haqda maraqlı faktlar

admin

ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır – Görüşləri ləğv edildi

redaktor

Nazirlikdən qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

redaktor