DünyaGündəmMuharibəSiyasət

“Bu gün bir mədəniyyəti yer üzündən siləcəyəm”

Sizcə¸bunu kim söyləyə bilər? Əlbəttə ki, mədəniyyət düşməni, barbar, vəhşi birisi.

ABŞ prezidenti Donald Tramp bu mənada barbardır, vəhşidir, mədəniyyətdən, insanlıqdan nəsibini almamış bir məxluqdur. Bunda şübhə yoxdur və Trampın özü də bunu kişi kimi etiraf edir.

Mənim anlamadığım İranın niyə bu vəhşinin zincirini tərpədib öz üzərinə cumdurmağa çalışmasıdır. Adətən mədəniyyət sahibləri təmkinli olurlar və azğın vəhşilərə qarşı mübarizədə yeri gələndə geri çəkilməkdən, hətta qabağından qaçmaqdan çəkinmir, bunu özlərinə ar bilmirlər. Çünki anlayırlar ki, zaman mədəniyyətin xeyrinə işləyir və sonunda yaşamaq haqqını qazanan da mədəniyyətin təmsilçiləri olacaq. Təəssüf ki, İran mədəniyyət düşməni, barbar, vəhşi, yırtıcı, adına nə deyirsiniz deyin, Trampla mübarizədə bu təmkini nümayiş etdirə bilmir. Ona görə də, əsl qınanılası tərəf 3 min illik mədəniyyəti ilə (baxmayaraq ki, bu da mübahisəlidir) öyünən İrandır.

Harda görünüb ki, quduz itin qabağından qaçmayıb, özünü zorla ona qapdıran mədəni insanı yox, şüursuz vəhşini günahlandırasan?

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün hava necə olacaq?

redaktor

Valentina Matviyenko: Hazırda Heydər Əliyev kimi müdrik və peşəkar siyasətçilər çatışmır

redaktor

Tramp: Zelenski ABŞ-ın İran dronlarından müdafiə üçün ehtiyac duyduğu sonuncu şəxsdir

redaktor