DünyaSiyasət

Üçüncü ultimatum da işləmədi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp aprelin 5-də sosial şəbəkələrdə yayımladığı emosional və nalayiq ifadələrlə dolu mesajda İran rejiminə yenidən hücum edərək Hormuz boğazını açmağı tələb edib. Bu, Trampın boğazın açılması ilə bağlı qoyduğu üçüncü müddətdir – ilk dəfə martın 21-də 48 saatlıq ultimatum vermiş, sonra 5 günə, daha sonra isə 10 günə uzatmışdı. Növbəti müddət bazar ertəsi, aprelin 6-da başa çatır.

Lakin İran nəinki boğazı açmaq fikrində olmadığını bildirib, həm də Trampın ultimatumunu rəsmən rədd edib. Buna baxmayaraq, Tramp eyni gündə verdiyi müsahibədə İranla “əla gedən danışıqlar” apardığını və “24 saat ərzində sülh sazişi” gözlədiyini söyləyib. Sonra isə “çərşənbə axşamı İrana cəhənnəm yaşadacağam” deyə əlavə edib.

Hər uzatma ilə Trampın təhdidlərinin şiddəti artsa da, İranın davranışında heç bir dəyişiklik baş verməyib. Bu, ultimatum diplomatiyasının iflasıdır.

Trampdan ziddiyyətli mesajlar

Aprelin 5-də Trampın fəaliyyətini şərti olaraq üç hissəyə bölə bilərik:
Birinci hissə – sosial şəbəkələrdə isterik mesajlar:
“Çərşənbə axşamı İranda Elektrik Stansiyaları Günü və Körpülər Günü olacaq – hamısı bir yerdə. Bunun kimisi olmayacaq! Boğazı açın, sizi dəli çaşqınlar, yoxsa Cəhənnəmdə yaşayacaqsınız – sadəcə baxın. Allaha həmd olsun.”
İkinci hissə – “Axios”a müsahibə (bir neçə saat sonra):
“ABŞ İranla fəal danışıqlar aparır. Saziş şansı yüksəkdir. Əgər onlar razılaşmasalar, orada hər şeyi partladacam.”
Üçüncü hissə – eyni müsahibədə etiraf:
“Danışıqlar yaxşı gedir, amma İranlılarla heç vaxt finiş xəttinə çatmırsan.”

Nəticə: Tramp eyni anda həm “sülh yaxındır”, həm “atəş açacağam”, həm də “onlara inanmıram” deyir. Bu, nəyin bahasına olursa olsun, nəzarəti saxlamaq cəhdidir. Lakin bu cür ziddiyyətli mesajlar təhdidlərin real görünməsini çətinləşdirir.

İranın cavabı: təhqir yox, taktiki addım

İran Trampın isteriyasına gözlənildiyi kimi sərt, lakin soyuqqanlı reaksiya verib.
Rəsmi mövqe:
– “Heç kim boğazı açmayacaq” (Al-Cəzirəyə açıqlama).
– Yüksək rütbəli İran rəsmisi bildirib ki, boğaz yalnız gəmi tranzitinə görə hərbi təzminat ödənildiyi təqdirdə açıla bilər – yəni boğaz “pullu” olur.
– İran Hormuz boğazını bundan sonra əbədi olaraq özü üçün düşmən saydığı ölkələrə bağlı elan edib.
Təhdidə cavab:
– İran Trampı “müharibə cinayətləri planlaşdırmaqda” ittiham edib.
– Təhdid edib ki, əgər ABŞ İranın elektrik stansiyalarını bombalasa, İran da İsrailin və Fars körfəzi ölkələrinin infrastrukturuna (elektrik stansiyaları, duzsuzlaşdırma zavodları) zərbə vuracaq.
İran təkcə müdafiədə deyil, genişmiqyaslı cavab təhdidi ilə qarşı tərəfin hesablamalarını dəyişməyə çalışır.

Vasitəçilər və dalana dirənən danışıqlar

Son 10 gündə ABŞ və İran Pakistan, Misir və Türkiyə vasitəsilə dolayı danışıqlar aparıb. Məqsəd: atəşkəs müqabilində boğazın açılması.
– Heç bir irəliləyiş əldə olunmayıb.
– Dünən mənbələr danışıqların tamamilə dalana dirəndiyini bildirib.

– Pakistan, Misir və Türkiyənin xarici işlər nazirləri “etimadın gücləndirilməsi” üzrə kiçik bir paket təklif etməyə çalışırlar ki, bu da Trampın ultimatumunu daha bir neçə gün uzatmağa imkan versin.
Trampın özü etiraf edir ki, bir neçə gün əvvəl ABŞ və İran birbaşa danışıqların keçirilməsinə yaxın idilər, lakin İran “5 gün gözləməyi” təklif edib. Trampın cavabı: “Niyə 5 gün? Onlar ciddi deyildi, mən də dərhal Tehranı şimala birləşdirən körpünü vurdum”.

Bu, Trampın danışıqlar zamanı da təzyiq elementini qorumaq strategiyasını göstərir.

Mülki infrastruktur hədəfdir

Tramp “Axios”a açıqlamasında İranın elektrik stansiyalarını və körpülərini bombalayacağını təkrarən təsdiqləyib. Jurnalistin sualına – “Bununla günahsız mülki vətəndaşlara zərər verməkdən narahat deyilsinizmi?” – Tramp cavab verib:
“Məncə, Tehran rejiminə qarşı çıxan dinc sakinlər rejimi zəiflədən bu cür zərbələri dəstəkləyəcəklər. Onlar qorxu içində yaşayırlar. Qorxurlar ki, biz müharibənin ortasında çıxıb gedərik –-amma getməyəcəyik.”

Beynəlxalq hüquq baxımından: Cenevrə Konvensiyaları mülki infrastrukturun – xüsusilə elektrik stansiyaları, su təchizatı, körpülər – qəsdən bombalanmasını müharibə cinayəti hesab edir. Tramp bunu açıq şəkildə tələffüz edib.

B Planının olmaması – yoxsa növbəti uzatma?

Trampın davranışının ən bariz xüsusiyyəti: ultimatum işləməyəndə o, təhdidi gücləndirir – lakin son anda müddəti uzadır. Bu, üç dəfə baş verib.

Bənzər presedent: Ötən il Tramp Ukraynadakı müharibəni dayandırmaq üçün Vladimir Putinin üç dəfə (3 ay, sonra 6 ay, sonra daha 3 ay) ultimatum qoymuşdu. Bütün müddətlər keçib, heç nə olmayıb. Əksinə, Tramp Rusiyadan sanksiyaları yumşaltmağa başlayıb.
Bu, ultimatumların real çəkisini göstərir – onlar siyasi istehlak üçündür, real hərəkət üçün deyil.
Ehtimal: Aprelin 6-da, yəni bazar ertəsi heç bir bombalama olmayacaq. Tramp yenə çıxıb “danışıqlar gözəl gedir, bir az daha vaxt veririk” deyəcək. Və dördüncü uzatma gələcək.

Nəticə: isterika – çıxış yolu axtarışı

Trampın aprelin 5-dəki “istərik” mesajı təsadüfi deyil. Bu, üçüncü ultimatumun da iflasının təsdiqiqdir. İran nə boğazı açır, nə danışıqlarda güzəştə gedir, nə də təhdidlərdən qorxur.
Trampın ziddiyyətləri:
– İsteriya ilə “danışıqlar əladır” arasında manevr.
– “Müharibə cinayəti” törədəcəyini açıq deməklə yanaşı, “sülh istəyirəm” deməsi.
– Vasitəçilərin fəaliyyətinə baxmayaraq, real irəliləyişin əldə edilməməsi.
Trampın “çərşənbə axşamı cəhənnəm” təhdidi baş tutmayacaq. Çünki onun nə B planı, nə də koalisiyası var. Ancaq İran artıq Hormuz boğazını “əbədi bağlı” elan edib – və bu qərarın ləğv olunması artıq heç bir ultimatumla mümkün görünmür.

 

Alimusa İbrahimov

Tacxeber.com

Oxşar xəbərlər

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

redaktor

Tramp həyatını xilas edən şəxsə vəzifə verdi

redaktor

Pavel Durovun həbsi ilə bağlı tənqidi qeyd yazacaqdım.

admin