DünyaHadisə

Dağıstanda sel azı dörd nəfərin həyatına son qoyub

Dağıstanda sel və torpaq sürüşməsi azı dörd nəfərin həyatına son qoyub, 4 mindən çox sakin təxliyə edilib.

Aprelin 5-i axşamı Qala yaşayış məntəqəsində “Qafqaz” federal avtomobil yolunda körpünün uçması nəticəsində hamilə qadın və 12 yaşlı qızı sel aparıb. Zərərçəkənlər çaydan çıxarılaraq xəstəxanaya çatdırılıb, amma onları xilas etmək mümkün olmayıb.

Daha bir yerli sakin Qaytaq rayonunun Kirki kəndində torpaq sürüşməsindən həlak olub. İstintaq sürüşmə nəticəsində yaşayış evinin dağıldığını bildirir.

Güc strukturlarına yaxın “Shot” Telegram-kanalı yazır ki, Məmmədqala qəsəbəsi yaxınlığında 5 yaşlı qız ölüb, onun meyiti aprelin 6-sı səhər tapılıb. O, nənəsi ilə birlikdə olub, nənəsinin axtarışları davam edir. “İnterfaks” agentliyi də Dağıstanda daha bir uşağın meyitinin tapıldığını xəbər verir. “112” Telegram-kanalı xilasedicilərin 44 yaşlı bir qadını axtardığını yazır.

Martın sonundan bəri Dağıstanda ikinci böyük sel baş verir. Bir gün öncə Mahaçqalada çoxmənzilli bina dağılıb. Qonşu binaların sakinləri təxliyə olunub, belə ki, torpaq sürüşməsi davam edir, daha üç çoxmərtəbəli bina da uçma təhlükəsi altındadır.

Aprelin 5-də Dərbənd rayonunda Qaytaqdan Gecux su anbarına axan çay daşaraq qoruyucu qurğunu dağıdıb. Su Mixaylovka, Duzlaq, Zareçnaya, Sulipa, Urqun kəndlərinə və Məmmədqala qəsəbəsinə dolub.

“Agentstvo” yazır ki, 1966-cı ildə istifadəyə verilmiş Gecux su anbarının vəziyyəti hələ 2006-cı ildə potensial təhlükəli sayılıb. 2014-cü ildə burada su buraxma sistemi və kanal yenidən qurulub, nasos stansiyası tikilib. Su anbarının tam yenidən qurulması barədə məlumat tapmaq mümkün olmayıb.

TASS Dağıstanda doqquz yaşayış məntəqəsində 2 mindən çox evin su altında qaldığını xəbər verir. Torpaq uçqunu, sel təhlükəsi qalmaqdadır. FHN bildirib ki, sel təhlükəsi olan dörd mikrorayondan 4 mindən çox insan təxliyə edilib. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Labubunun populyarlığı artdıqca, Çində “oyuncaq həkimləri” meydana çıxdı

redaktor

Ukrayna rəsmiləri bildirir ki, Ukrayna və ABŞ iqtisadi çərçivə sazişi üzərində razılaşıblar

admin

Ukraynalı qaçqınları təhqir edən rus Almaniyadan deportasiya edilib – VİDEO

redaktor