Tanınmış futbol funksioneri Ceyhun Sultanov yaxın vaxtlarda yeni təyinat alacaq. O, “Araz-Naxçıvan” klubunun prezidenti postunu tutacaq. Bunu “Futbolumuz” verilişinin daimi eksperti Emin Abbasov deyib.
Abbasov belə bir təyinatın olacağını Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovla söhbəti zamanı öyrənib. Axundov hal-hazırda sənədləşmə işlərinin getdiyini, yaxın vaxtlarda bu barədə ictimaiyyətə rəsmi açıqlama olacağını bildirib.
Qeyd edək ki, Ceyhun Sultanov bu postda Ramin Axundovu əvəzləyəcək. (Sportal.az)
