CəmiyyətDünya

Türkiyədə 12 yaşlı suriyalı şagirddən nümunəvi davranış

Türkiyənin Hatay vilayətində yaşayan 12 yaşlı suriyalı məktəbli tapdığı pul dolu çantanı sahibinə qaytararaq böyük rəğbət qazanıb.

Hadisə Dörtyol rayonunda baş verib. Məktəbdən evə qayıdarkən yolda çanta tapan Rahaf dərhal onu valideynlərinə təqdim edib. Ailə isə məsuliyyətli davranaraq çantanı polisə təhvil verib. Hüquq-mühafizə orqanları çantanın sahibinə qaytarıldığını təsdiqləyib.

Rahafın bu davranışı yerli sosial xidmət orqanlarının diqqətindən yayınmayıb. Dörtyol Sosial Xidmətlər İdarəsi onu ofisə dəvət edərək təbrik edib və nümunəvi davranışına görə hədiyyələrlə mükafatlandırıb.

Rahaf hadisə ilə bağlı bildirib:”Yolda bir çanta tapdım və onu anama verdim. Daha sonra çanta polisə təhvil verildi. İçində pul var idi.”

Rəsmi qurum nümayəndələri isə qeyd ediblər ki, belə məsuliyyətli və həssas uşaqlar cəmiyyətin gələcəyi üçün ümidvericidir: “Rahaf kimi uşaqlar cəmiyyətimiz üçün böyük nümunədir. Onu və ailəsini bu düzgün tərbiyəyə görə təbrik edirik.”

 

Elbəyi Həsənli
Tacxeber.com

Oxşar xəbərlər

Fyodorovu niyə vəzifədən uzaqlaşdırmağa çalışırlar?

redaktor

Ukraynada şok siyasi zəlzələ: Zelenskinin “Rəqib” təmizliyi

redaktor

Etnik kartı kimlər açır? – Təsadüf, yoxsa planlı ritorika…

redaktor