Buşəhr atom stansiyasının ətrafında hücumların davam etdiyi bir vaxtda, İsrailin rus mütəxəssislərin bu obyektdən təhlükəsiz çıxışı üçün Rusiya ilə birbaşa koordinasiya apardığı bildirilir.
Tacxeber.com Gunaz TV-yə istinadən xəbər verir ki, İsrail ordusunun rəsmiləri Buşəhr atom stansiyasında çalışan rus mütəxəssislərin “təhlükəsiz keçid” çərçivəsində çıxarılması üçün Rusiya ilə əməkdaşlıq və koordinasiya edir. Məlumata əsasən, çıxış prosesi son saatlarda və bu obyektin yaxınlığında baş verən yeni hücumdan sonra başlayıb.
Məlumatlar göstərir ki, İsrail təkcə hücumları davam etdirmir, eyni zamanda bu obyektlərdə olan xarici qüvvələr üçün təhlükəsiz çıxış yolu da yaradır; bu isə bu böhranda hərbi əməliyyatlarla yanaşı beynəlxalq hesablamaların da aparıldığını göstərir.
Eyni zamanda, İranın xarici işlər naziri Abbas Araqçi bu hadisələrə reaksiya verərək iddia edib: «İsrail və ABŞ Buşəhri dörd dəfə bombalayıb. Nüvə çirklənməsi Körfəz ölkələrində həyatı məhv edəcək, İranda yox.»
Digər tərəfdən, münaqişənin dayandırılması üçün diplomatik səylər davam edir. Regional mənbələr bildirir ki, Pakistan, Türkiyə və Misir kimi ölkələr ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmaq üçün danışıqlar aparır.
Qeyd edəkki Buşəhr atom stansiyasına dördüncü hücum olub və ölənlər var.
