DünyaMuharibəSiyasət

İsfahan yaxınlığında vurulan F-15-in pilotunun Hollivudvari xilasetmə əməliyyatı

ABŞ-nin İranda vurulan F-15 təyyarəsinin ikinci pilotunun dünən bir növ macəra kimi xilas edilməsi lap Hollivud filmlərinin fantastik süjetini xatırladır. Həmin pilotun əsir götürülməsi Trampa və Pentaqona ciddi əzablar yaşadacaqdı. Bəs pilotu İranın dərinliklərindən-İsfahan yaxınlığından necə tapıb döyüş vertolyotu ilə çıxarıblar?

Əslində F-15 döyüş təyyarəsi vurulduqdan sonra, iki pilotun xilas edilməsi üçün ABŞ xüsusi hazırlıqlı 200 əsgər göndərib. Təyyarənin birinci pilotu daha tez – gündüz vaxtı və İran qüvvələrinin ağır atəşi altında xilas edilib.

İkinci pilot isə yaralı olmasına baxmayaraq, dağlıq ərazidə 24 saatdan çox sağ qalıb.  “Fox News” yazıb ki, hər iki pilot qəzadan sonra ABŞ qüvvələri fövqəladə kommunikasiya qurğuları ilə əlaqə yarada biliblər. ABŞ rəsmilərinin dediklərinə görə, pilotların arxasınca SEPAH və “Bəsic”in xüsusi birlikləri də düşüblər. Bunun üçün ABŞ-nin xilasetmə komandasına maneə yaratmağa cəhd edilib, amma İran birlikləri zərərsizləşdirilib.
Atışma zamanı İran qüvvələri arasında itkilərin olduğu iddia edilir. Bununla belə xilasetmə zamanı ABŞ-nin iki xilasetmə təyyarəsinin İran tərəfindən vurulduğu, onun heyəti arasında yaralıların olduğu, amma onların da İrandan sağ-salamat çıxarıldığı bildirilib.

Pentaqon bu xilasetmə planını tarixə düşəcək fövqəladə hərbi əməliyyat kimi qiymətləndirib.

Qulu Məhərrəmli

Tacxeber.com

Oxşar xəbərlər

Günün FOTOSU: Makron Kiyevdə, Azərbaycan bayrağı başı üzərində

redaktor

“Hərbçilərin maaşı 50 faizə qədər artırılsın” – Zahid Oruc

redaktor

Hindistan sahillərində gəmi PUA ilə vuruldu

admin