Şükür sənə İlahi. İblisin yer üzündə missiyasını bitirdin. Cəhənnəmə getdi bu şərəfsiz qan içən
Zori Balayan 10 fevral 1935-ci ildə Xankəndi şəhərində anadan olub. 1957-ci ildə orta məktəbi burada bitirmişdir. Babası Markos Balayanın tərbiyəsin alan Zori xatirələrində yazır:
“Babam uşaqlıqdan mənə deyirdi: “Zori, türklər sənin düşmənindir. Eyni zamanda yunanlar, gürcülər də. Hər zaman çalış ruslarla dost ol. Onlarla əlbir ol. Türkün hər zaman başın əz. Onlar bizim tarixi torpaqlarımızı əllərimizdən aldılar. Bizə qarşı soyqrım törətdilər. Sən bu qisası unutma, unutdurma.”
1980–ci illərin əvvəllərində yazılan “Ocaq” əsəri Balayana ermənilər arasında məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur.
Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan “türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir”.
1980-ci illərin sonundaazərbaycanlıların öz tarixi torpaqlarından zorla çıxarılmasında onun çıxışları və “Ocaq” kitabı olub..
1990-cı ildə Z.Balayanın dəstəyi ilə yaradılan və onun şərəfinə “Zorik”adlanan terror qrupu Azərbaycan Respublikasının ali hakimiyyət nümayəndələrinin uçduğu vertolyotun Qarakənd səmasında vurulması kimi terror aksiyasının iştirakçılarından olub.
Zori Balayan 1991-ci il noyabrın 20-də Azərbaycanın dövlət rəsmilərinin olduğu helikopterin vurulması (Qarakənd faciəsi) ilə bağlı açılan cinayət işində də adı keçən əsas fiqurlardan biridir.
1994-cü ildə Bakı metropolitenində baş vermiş terror aktlarının təlimatçıları – (martın 19-u “20 Yanvar” metro stansiyasında və ikincisi iyulun 3-ü “28 May” və “Gənclik” stansiyalarının arasında)
Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar.1998-ci ildə Aslanov bu teror aktını keçirmək göstərişini erməni əsirliyində olarkən, publisist Zori Balayandan aldığını dedi.
Terror aktının planı isə Zori Balayana məxsus idi.
Bu hadisədən sonra dostları ilə məclis keçirən Zori Balayan çaxır stəkanın qaldıraraq tost deyir: “Bakıda partlayış zamanı sanki, mən azərbaycanlı meyitlərinin üstüylə gəzirdim. Gün olsun bütün azərbaycanlıların meyidi üzərində gəzək”
Zori Balayan hər dəfə ermənilər ilə söhbət zamanı “Yol” kitabında yazdığı sözləri təkrar edir- “yaddan çıxarmayın, kinli olun və həmişə yadınızda saxlayın ki, erməniləri məhz “türk barbarları” məhv etdilər, onların ucbatından siz bütün dünyaya səpələnmisiniz”
Xocalı soyqırımında iştirak edən rus əsgərinin dilindən: “Zori Balayan aralıdan olanları izləyirdi. Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nəyləri qalmayıb. Zinət əşyaları, rus pasportları – nələri varsa, yığıb verdilər. Biz kənara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız qurtarsın”
Bəzi mənbələrdə və əsirlikdən qayıdanların xatirələrində onun əsir götürülmüş azərbaycanlılara qarşı şəxsən psixoloji və fiziki zorakılıq tətbiq etdiyi, özünü onlara “erməni təbliğatının başçısı” kimi təqdim edərək təhqir etdiyi bildirilir.İşğal dövründə Qarabağdakı tarixi-dini abidələrin, məscidlərin və qəbiristanlıqların dağıdılmasının və erməniləşdirilməsinin əsas “elmi” əsaslandırıcısı olub.
Nəhayət gəbərdi. Onu orda təkcə Tanrının əzabı yox, məhv etdiyi və səbəb olduğu günahsız insanların narahat ruhları da gözləyir. Qiyamət gününə qədər od içində yanacaq bu şeytanın oğlu, iblisin özü
