Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, yerli vaxtla saat 06:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.
