Xırdalan şəhərində yerləşən “Abşeron City” yaşayış kompleksinin sakinləri etiraz aksiyası keçirib.
Sakinlər günlərdir əraziyə su verilmədiyini bildirərək yolu bağlayıblar.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Etiraz edən sakinlər suyun kəsilməsinə etiraz edərək, problemin təcili həllini tələb ediblər.
Məlumata görə, yaranmış gərginlikdən sonra əraziyə su maşınları cəlb olunub və sakinlərin su təminatının müvəqqəti şəkildə qarşılanmasına başlanılıb.
Sakinlər bildirir ki, problem qısa müddətdə tam həll edilməzsə, daha böyük etiraz aksiyalarına əl atacaqlar.
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, su olmadığına görə komplekslərə maşınlarla su daşınır və sakinlər gəlib su götürür. Su götürülməsi zamanı isə müəyyən izdiham yaşanıb. (Hamam Times)
