14 C
Bakı
03 Aprel 2026 22:50
Cəmiyyətİdman

“Qarabağ” “Sabah”la heç-heçə etdi, “Zirə” “Turan Tovuz”a qalib gəldi

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürüb.

İlk oyunların 2-si də eyni gündə keçirilib.

Əvvəlcə “Turan Tovuz” “Zirə” ilə üz-üzə gəlib. Görüşdə “Zirə” 2:0 hesablı qələbə qazanıb. 1/4 finalda Tovuz təmsilçisi “Kəpəz”i, Bakı klubu “Sumqayıt”ı mübarizədən kənarlaşdırmışdı.

Günün daha bir maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Burada Azərbaycan kubokunun səkkizqat qalibi “Qarabağ” turnirin son çempionu “Sabah”ı qəbul edib. Matç 2:2 hesabı ilə yekunlaşıb. 1/4 finalda Ağdam təmsilçisi “Şamaxı”, paytaxt klubu isə “Qəbələ” səddini aşıb.

Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.

3 aprel (cümə)

Azərbaycan kuboku, ilk oyunlar

20:00. “Qarabağ” – “Sabah” 2:2

Qollar: Umarali Raxmonaliyev, 23 (0:1), Kadi Borges, 29 (1:1), 60 (2:1), Umarali Raxmonaliyev, 65-pen. (2:2)
Tofiq Bəhramov adına Respublika Stadionu

17:30. “Turan Tovuz” – “Zirə” – 0:2

Qollar: Eren Aydın, 55 (0:1), Leroy Mikels, 89 (0:2)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Xal qazanmaq istəyirik, Ukraynadan çəkinmirik” –Baş məşqçi Ayxan Abbasov

redaktor

Akif Çovdarov əmlaklarının geri qaytarılmasını istəyir

redaktor

Kəramət Böyükçöl – Guya İlham Əliyev bunlara şərait yaratmalıdır ki, gəlin ölkəni idarə eləyin.

admin