İran prezidenti Məsud Pezeşkyan ABŞ və İsrailin ölkənin tibb müəssisələrinə hücumlarını pisləyib.
Bu barədə M. Pezeşkyan X sosial şəbəkəsindəki hesabında yazıb.
O, ABŞ və İsrailin İrandakı xəstəxanalara, əczaçılıq şirkətlərinə və Pasteur İnstitutuna hücumlarını qəbuledilməz adlandırıb.
İran prezidenti sonda bildirib ki, “Tibb mütəxəssisi olaraq ÜST-nü (Ümumdünya Səhiyyə Təşkilatı), Qırmızı Xaç Komitəsini (Beynəlxalq Qırmızı Xaç Komitəsi – BQXK), Sərhədsiz Həkimlər Təşkilatını və dünyanın bütün həkimlərini insanlığa qarşı bu cinayətə reaksiya verməyə çağırıram”.
