DünyaSiyasət

Çinin gizli iqtisadi mühərriki

Çinin iqtisadi yüksəlişinin arxasında təkcə insanların zəhmətkeşliyi deyil, həm də bütün dünyanın “qadağan olunmuş” dediyi ucuz enerji resurslarından ustalıqla istifadə etməsi dayanır.

İran və Venesuela nefti daşıyan tankerlər beynəlxalq sularda, xüsusən də Sinqapur və Malayziya sahillərində cihazları söndürüb radardan itirlər. Sonra bu neft dənizin ortasında başqa gəmilərə boşaldılır və sənədlər tamamilə dəyişdirilir.

Beləliklə, İran nefti Çin limanlarına “Malayziya nefti” və ya “Oman nefti” adı altında daxil olur.

Bu çığal ticarət Qərb şirkətləri üçün ədalətsiz rəqabət yaradır. Çin yanacağı orta qiymətdən 20-30% daha ucuz alıb zavodlarını işlədir. Üstəlik, nağd pul ödəmək əvəzinə onlara öz texnologiyasını, maşınlarını, qida məhsullarını və infrastruktur layihələrini sataraq 3 qat qazanır.

Bu gün Almaniya və bir çox Avropa ölkəsi cəmi 3 aylıq strateji neft ehtiyatı saxladığı halda, Çin illərdir nəhəng anbarlar tikərək milyonlar barel neft toplayıb. Qida məsələsində isə hazırda dünyadakı taxıl ehtiyatının 50%-dən çoxu məhz Çinin anbarlarındadır.

İndi Amerika və Avropa bu vəziyyəti dəyişməyə, Çini eyni qaydalarla oynamağa məcbur etməyə çalışır. Lakin Çin artıq həm enerji, həm də qida baxımından özünü o qədər sığortalayıb ki, bu “gizli mühərriki” dayandırmaq yaxın illərdə demək olar ki, qeyri-mümkündür.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

Putini yaxşı tanıyıram, istəmirəm insanlar ölsün – Tramp

redaktor

Putinin milyarder dostu ona kömək edir – Ukrayna

redaktor

“007 zərərsizləşdirildi…” – 15 ay hakimiyyətdə olan Andropovun 15 saniyəyə çıxartdığı dəhşətli qərar

admin