“The New York Times” qəzetinin məlumatına görə, Tramp 2027-ci maliyyə ilində müdafiə üçün Konqresdən 1,5 trilyon (!) dollar istəyib.
Astronomik məbləğdir. Təsəvvür edək ki, 2-ci dünya ordusu olan Rusiyanın illik hərbi xərci bundan on dəfə az, 115 milyarddır. O da, hələ Ukrayna ilə müharibəyə görə qalxıb, sosial və iqtisadi, təhsil, tibb sahələrin pulunu kəsərək. Əvvəl isə, 2022-ci ilədək cəmi, 55 milyard idi
ABŞ-ın müasir tarixində ən böyük məbləğdir hərbi üçün. Prezident belə kəskin artımı İranla davam edən müharibədə işlənən silah ehtiyatı bərpası zərurəti ilə əlaqələndirir.
Bu məbləğin əsas hissəsi-1,1 trilyon dollardan çox standart büdcə prosesi vasitəsi ilə, daha 350 milyard dollar isə sözdə büdcə uzlaşması mexanizmi vasitəsilə xərclənməsi planlaşdırılır.
Təbii ki, bu qədər, 1 trilyon yarım (yəni ki, 1500 milyard) sərf edilən ordu hərtərəfli imkanlı olar.
