Ağ Evin Konqresə təqdim etdiyi növbəti dövlət büdcəsi layihəsində hərbi xərclərin kəskin artırılması nəzərdə tutulub.
Tramp administrasiyası bu ilin oktyabrından başlayacaq 2027-ci maliyyə ili üçün hərbi büdcəni 1,5 trilyon dollar həcmində planlaşdırıb.
Hərbi sənayeyə 350 milyard dollar, 34 yeni gəmi inşa olunmasına 65,8 milyard dollar ayrılması təklif edilir. Konqresdəki müzakirələrdə büdcə layihəsinə dəyişiklik edilə bilər.
Hazırkı hərbi büdcə 925 milyard dollar həcmindədir.
