16 C
Bakı
02 Aprel 2026 10:32
DünyaSiyasət

Rusiya Xarici Kəşfiyyat Xidmətinin anti-xrist (Dəccal) isterikası

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Konstantinopl Patriarxı Varfolomeyi (Bartolomyo) kassot (rahib paltarı) geymiş anti-xrist (Dəccal) adlandırıb. Xristianlıqda Dəccal İsa Məsihin zühurunun qarşısını alan şər qüvvədir. SVR-in belə sərt ifadə işlətməsi isə təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, Kremlin Rusiya imperiyasını yenidən bərpa etmək cəhdinə Ukrayna nə qədər hərbi-siyasi, Qərb nə qədər siyasi-iqtisadi zərbə vurubsa, Konstantinopl Patriarxlığı da bir o qədər dini-ideoloji zərbə vurub. Rusiya imperiyası kilsə layihəsi olduğu üçün Konstantinopl Patriarxlığının zərbəsi Moskva üçün daha təhlükəlidir. Patriarx Varfolomeyin yorulmaz fəaliyyəti nəticəsində Rus Provslav Kilsəsinin və Moskva Patriarxlığının təsir dairəsi 24 fevral 2022-ci ildən əvvəlki vəziyyətlə müqayisədə xeyli azalıb.

SVR Konstantinopl Patriarxı Varfolomeyin fəaliyyətinin arxasında Britaniya kəşfiyyat orqanlarının, xüsusilə də Mİ6-nın dayandığı iddiasındadır. Əslində isə, Konstantinopl Patriarxı Varfolomeyin fəallığı Rusiyanın 24 fevral 2022-ci idlə Ukraynaya qarşı başlatdığı cinayətkar müharibənin uğursuzluğunun doğurdu nəticələrdən biridir. Doğrudur, Konstantinopl Patriarxı Varfolomeyin fəallığının başqa səbəbləri də var. Ancaq gerçəklik ondan ibarətdir ki, Rusiyanın 24 fevral 2022-ci ildə başlatdığı müharibə hədəfinə çatsaydı, , Konstantinopl Patriarxı Varfolomey Moskva Patriarxlığının təsir dairəsini özünün nüfuz dairəsinə keçirməyə cəhd etməzdi.
Moskva Patriarxlığının təsir dairəsinin kiçilməsi isə Rusiya imperiyası üçün Ukrayna, Moldova, Gürcüstanın NATO-ya üzvlüyündən daha təhlükəlidir. SVR-in Pravoslav məzhəbinin təməlində dayanan qurumun liderinə Dəccal ittihamı ilə hücum etməsi də bununla bağlııdr. Qeyd edim ki, İstanbulda yerləşən Konstantinopl Patriarxlığı adlandırılan Patriarxlıq əslində Ekumenik Patriarxlığı adını daşıyır. Yunan dilindən çevirmədə Ümumdünya Patriarxlığı mənasına gəlir və Pravoslav dünyasının gerçək dini mərkəzi də odur.

Konstantinopl Patriarxı Varfolomeyin fəaliyyəti Rusiya imperiyasının dini-ideoloji təməllərinin sarsıdılmasına yönəldiyi üçün Azərbaycanın da həyati əhəmiyyətli maraqlarına uyğundur. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Moskva Patriarxlığının tabeçiliyindın çıxarılaraq Ekumenik Patriarxlığının tabeçiliyinə verilməsi istiqamətində işlərin aparılması ilə bağlı bir neçə il əvvəlki təklif də bu məsələnin əhəmiyyətini bildiyim üçündür. Rusiya Xarici Kəşfiyyat Xidmətinin Moskva Patriarxlığının təsir dairəsini kiçiltməyə yönəlmiş fəaliyyət göstərən Ekumenik Patriarxlığının başçısına, Patriarxı Varfolomeyə anti-xrist (Dəccal) ittihamı ilə hücum etməsi Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə bağlı fikirlərimin nə qədər doğru olduğumu təsdiq edir.
Patriarx Varfolomeyin Rusiya imperiyasının dini-ideoloji əsaslarının sarsıdılmasına yönəlmiş fəaliyyəti Moskva ilə yanaşı Ankaranı da narahat edir. Türkiyədə hesab edirlər ki, Moskva Patriarxlığının zəifləməsi Konstantinopl Patriarxlığının gerçək Ekumenik Patriarxlığına çevrilməsinə səbəb ola bilər ki, bu da Türkiyənin suverinliyinə təhlükə hesab olunur.

Moskva Patriarxlığı zəifləmədən isə Rusiyanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropaya yönəlik imperiya niyyətləri heç bir zaman tam ortadan qalxmayacaq. Moskva Patriarxlığının zəifləməsi Rusiya müstəmləkəsindəki qeyri-rusların, xüsusilə də türk və müsəlmanların varlıqlarını qorumalarının əsas təminatlarından biri ola bilər.
Azərbaycanlıların bütün bu məsələlərlə bağlı daha ətraflı məlumat alması üçün “Raşizmin qısa tarixi” kitabımı tamamlamağa və dərc etdirməyə çalışacağam.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

“Bakı ilə bağlantı”: “Forbidden Stories” Konsorsiumu “Abzas Media”nın araşdırmalarını davam etdirəcək

admin

Türkiyə Ukraynanın bərpasında iştirak edəcək

redaktor

“Paşinyanın duruşu da alqışa layiqdir, ancaq…..” Elman Fəttah

admin